"Macarıstandan bizi dəstəkləməyə gələn
azarkeşlərimizdən üzr istəyirəm. Komandamız batan gəmiyə bənzəyirdi. Amma mən
kapitanam. Rəqibin bizdən güclü olduğunu bilirdik. Amma belə yenilm'li deyildik".
Fanat.Az xəbər verir ki, bu sözləri
Macarıstan millisinin baş məşqçisi Marko Rossi Avro-2020-nin seçmə mərhələsində
səfərdə Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransında
deyib. Adi epizodlarda səhvə yol verdiklərini bildirən italiyalı mütəxəssis
millimizlə qarşıdan gələn oyun haqda da danışb:
"Bugünkü məğlubiyyətdə hər kəsin günahı
var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik. Qələbə qazanmaq istəyiriksə,
qarşıdakı oyuna tam fərqli yanaşmalıyıq. Azərbaycanla bazar günü
keçiriləcək görüşə hazırlaşmaq çətin olacaq. Ancaq komandam toparlanmağı bacarmalıdı.
Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək
Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Fanat.Az