11:07 17.10.2019 1378

Millimizin baş məşqçisi: "Qrupda birinci yeri tutmağa çalışacağıq"

"Müstəqillik günü münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Toplanışa dünəndən başlamışıq. Dünya çempionatının əsas mərhələsində qrupumuzda birinci yeri tutmağa çalışacağıq".

Bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Bakıda keçiriləcək dünya çempionatının əsas mərhələsinə hazırlıq barədə danışarkən deyib.

Braziliyalı mütəxəssis heyətlə bağlı kiçik problemlərinin olduğunu vurğulayıb. O, Everton Kardoso Qalo və Karvalyo Viela dos Santosun zədəli olduğunu söyləyib. Da Silva hər iki futzalçının durumuna qarşıdakı günlərdə aydınlıq gələcəyini bildirib.

Baş məşqçi rəqibləri güclü və zəiflərə bölməyin düzgün olmadığını deyib: "Moldova və Monteneqro ilə oyunlar da bizim üçün vacibdir. Slovakiyaya qarşı matç isə daha çətin keçəcək. Amma ona qədər hər iki görüşü yüksək səviyyədə keçirməli və uğurlu nəticə qazanmalıyıq".

Oktyabrın 24-də "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində Kipr APOEL-in qəbul edəcək. Baş məşqçi həmin qarşılaşmanın futzal millisinin Monteneqro yığması ilə görüşü ilə üst-üstə düşməsini problem saymadığını söyləyib: "Əlbəttə, "Qarabağ"ın oyununa daha çox azarkeş gedəcək. Amma futzala da baxanlar var və onlar arenanı dolduracaqlar".

Millinin heyətində bir müddət əvvəl Çempionlar Liqasında uğursuz çıxış edən "Araz"ın oyunçuları var. Braziliyalı mütəxəssis bu amilin milliyə psixoloji cəhətdən çətinlik yaratmayacağı qənaətindədir: "Əlbəttə, pis nəticə göstərdik. Amma Belçikaya tam istədiyimiz heyət gedə bilmədi. Çoxlu sayda oyunçumuza viza verilmədi. Bu, bizdən asılı olmayan vəziyyət idi. Orada 6 nəfərlə mübarizə aparırıdıq. Ancaq bu amilin milliyə təsir etməyəcəyini düşünürəm. Çünki uşaqlar istirahət ediblər və Çempionlar Liqasında bu heyətlə nəticə qazanmağın çətin olacağını başa düşürdülər". 

Qeyd edək ki, təqvimə əsasən, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq. ("Report")

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X