FİFA qadınlardan ibarət milli komandaların 2020-ci il üçün ilk reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan seçməsi siyahıda 1 pillə geriləyib.
Belə ki, keçən ilin dekabrında 75-ci sırada olan yığmamız 1321 xalla 76-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2181 xalla ABŞ millisi başçılıq edir. Almaniya 2090 xalla ikinci, Fransa 2036 xalla üçüncü sırada yer alıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol