Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin daha 2 köməkçisi məlum olub.
Fanat.Az
"Report"a istinadən xəbər verir ki, Benni Karbone və Klaudio Beluççi də yığmamın məşqçilər korpusunda yer alacaq.
Karbone son olaraq 2017/2018 mövsümündə yerli "Krotone"də köməkçi məşqçi işləyib. Beluççinin son klubu isə "Albissolo" (2018/2019) olub.
Qeyd edək ki, "Qarabağ"ın sabiq futbolçusu, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən Ansi Aqollinin də Azərbaycan millisində çalışacağı gözlənilir.
AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol