Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasında çıxış edən klubların birindən təklif alıb.
"Report"un məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü yerli radiolardan birinə müsahibəsində deyib.
De Byazi bildirib ki, 2 variant arasında götür-qoy etdikdən sonra yığmada çalışmağa üstünlük verib: "Azərbaycan millisindən gələn çağırışa müsbət cavab verdim, Çünki ortaya fərqli, yaxşı iş qoymaq istəyirəm".
Bakı haqqında da danışan 64 yaşlı mütəxəssis buranın gözəl şəhər olduğunu söyləyib: "Azərbaycan, Bakı məni yaxşı mənada təəccübləndirdi. Açığı, bu qədərini gözləmirdim".
Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol