2019/20 mövsümündə "Samqayıt"da çıxış edən Əmir Ağayev Azərbaycan millisinə çağırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə fosonline.gr saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, millimizin yeni baş məşqçisi Canni De Byazi bu yay Yunanıstanın "Atromitos" klubuna keçən israilli futbolçunu UEFA Millətlər Liqasının Lüksemburq və Cənubi Kiprlə oyunlarına dəvət edib. Artıq bununla bağlı AFFA-dan Afina klubuna məktub göndərilib. Ağayev 31 avqust - 8 sentyabr tarixlərinə nəzərdə tutulan təlim-məşq toplanışına qatılmalıdı.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Cənubi Kiprlə qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol