Almaniyanın "Bohum” klubunun üzvü Barış Ekincier U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək.
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb "Bohum” klubunun 6 üzvündə koronavirus aşkarlanmasıdır.
Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejimi tətbiq olunub.
Qeyd edək ki, Azərbaycan - Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol