Bu gün Polşa Superkubokunun sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə 22:00-da Mahir Emrelinin formasını geyindiyi son ölkə çempionu - "Legiya" Polşa Kubokunun qalibi "Rakov"la üz-üzə gəlib.
Hesabı qarşılaşmanın 10-cu dəqiqəsində "Rakov"un xorvat yarımmüdafiəçisi Fran Tudor açıb.
Start "11-lik"də yer almayan Mahir 58-ci dəqiqədə meydana buraxılıb. 90+3-cü dəqiqədə hesaba tarazlıq gətirən "11 nömrə" komandasını ümidləndirib.
Lakin oyunsonrası penaltiləri daha dəqiq yerinə yetirən "Rakov" Superkuboka sahib çıxıb.
Qeyd edək ki, Mahir də penaltini dəqiq yerinə yetirə bilməyib.
Nihat