Polşa Ekstraklassasında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin forvardı Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
Səfərdə "Radomyak"la üz-üzə gələn Varşava təmsilçisi 1:3 hesabıyla uduzub.
İlk turda soyuqdəymə üzündən adı iştirak ərizəsinə salınmayan Mahir görüşün 57-ci dəqiqəsində Polşa çempionatında debüt edib. Azərbaycanlı futbolçu meydana çıxan zaman rəqib 1:0 hesabıyla öndə olub. Sonradan qonaqların iki, meydan sahiblərinin bir futbolçusuna qırmızı vərəqə verilib.
Nihat