10:58 19.11.2021 987

Millimizin 29 illik uğursuzluğunun səbəbi - Mütəxəssislər şərh edir

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasının ardından 1992-cı ildə ölkədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yaradıldı. Həmin il Azərbaycanın milli komandası yığıldı və ilk baş məşqçisi postuna Ələkbər Məmmədov gətirildi. 

Millimiz 1996-cı ildən etibarən Avropa, 1998-ci ildən isə Dünya çempionatının seçmələrinə qoşulub.

Arxada qalan illər ərzində Azərbaycan yığmasından bir çox futbolçular, milliləşdirilmiş legionerlər, hətta dünya futbolunda ad qazanmış məşqçilər gəlib-gedib. Ölkə futbolunun tanınmış mütəxəssisləri Ələkbər Məmmədov, Ağasəlim Mircavadov, Şahin Diniyev, Nazim Süleymanov, Vəli Qasımov,  Əsgər Abdullayev, Coko Hacıyevski, Vaqif Sadıqov, Qurban Qurbanov, dünya futbolundan isə Karlos Alberto Torres, Robert Prosineçki, Berti Foqts, Nikola Yurçeviç kimi məşqçilər bəlkə də millimizdə çalışdıqları dönəmi karyeralarının ən uğursuz səhifəsi kimi xatırlayırlar. 

Bütün milli komandalarda yaşanan uğursuzluqdan sonra uşaq futbolunun, infrastuktur, çempionatın zəif olması və s. və ilaxır kimi bəhanələrin arxasına gizlənildi. Halbuki ildən-ilə infrastukdur da inkişaf etdi, stadionlar, idman qurğuları inşa edildi. Düzdür, bu gün bir çox regionda bu stadionlar boş qalsa da, futbol oynanması üçün yetərincə şərait var. Ölkə çempionatında çıxış edən klublar da uşaq futbolunun ən yaxşı səviyyədə olduğundan danışır. AFFA isə gözdən pərdə asmaq naminə futbolun inkişafı üçün var-gücüylə çalışdığını daim təbliğ edir, milli komandanı da bir neçə ildən bir milyonlar qarşılığında dünyaca məşhur məşqçilərə tapşırır. Bəs onda nədir problem? Klub səviyyəsində Avropada uğur qazanmağı bacarsaq da, milli komandalarımızda niyə uğursuzluq sindromu qırılmır?

Keçən ilin iyul ayında böyük ümidlərlə baş məşçqçi postuna italyan mütəxəssis Canni De Byazi gətirildi. Ancaq yenə də yığmamız "qara zolaq"dan çıxmağa müvəffəq olmadı.

Belə ki, başa çatan DÇ-2022-nin seçmə mərhələsində A qrupunda mübarizə aparan millimiz 1 xalla sonuncu oldu. 

Bu nəticədən sonra artıq AFFA-nın bu məşqçi ilə də vidalaşmağa hazırlaşdığı iddia olunur. 30 noyabrda müqaviləsinin müddəti başa çatacaq mütəxəssislə yeni sözləşmə imzalanmayacağı deyilir. Yəni, illər ərzində gördüyümüz ssenari əvvəki qaydası ilə davam edəcək. Biri gedəcək, biri gələcək, milyonlar hədər gedəcək, bizim isə yekunda qazancımız qrupda 1 xal olacaq. 

İllərdir Azərbaycan millisində nəsil və baş məşqçi dəyişikliklərinə baxmayaraq, klub səviyyəsində Avropada uğurlarımız olmasına rəğmən millimiz niyə yerində sayır? 

Fanat.Az-a danışan millimizin sabiq baş məşqçisi Şahin Diniyev yığmanın uğursuzluqlarına səbəb olan məqamları belə şərh etdi:

"30 ilə yaxındır ki, millimizdə çox sayda məşqçi dəyişikliyi olub. Bu məşqçilərin heç də hamısı yaxşı nəticə verməyib. Özüm də daxil olmaqla böyük bir nəticəyə nail ola bilməmişik. Burda bir məsələ var. Problem yalnız məşqçidədirmi? Bizim ən böyük səhvimiz günahı sadəcə millinin baş məşqçisində axtarmaqdır. 92-ci ildə də belə idi, bu gün də belədir. Əgər bu praktika və faktlarla sübut olunursa, deməli problemi yalnız çalışdırıcıda axtarmaq lazım deyil. Hər bir komandanın futbol ənənəsi olur. Misalçün, "Barselona"ya hər hansı məşqçini gətirsən, orda özünəməxsus futbol quracaq. Amma fərq elə də böyük olmayacaq. Ya "Barselona"nı birinci olacaq, ya da ən pis halda üçüncü olacaq. 

Bu günə qədər bizdə 1-dən 10 xala qədər toplayan məşqçilərimiz olub. Ən çox xal yığan Robert Prosineçkidir. Ancaq 10 xal toplamaqla deyil.  1 xal toplayanda, 10 xal yığmanda da hamı futbolumuzdan narazı idi. Bizim futbolun durumu budur. Hər dəfə "sürücü"nü dəyişməklə nəticə əldə edə bilməyəcəyik. Hərdən "maşın"ı da dəyişmək lazımdır.

Bu gün bizim böyük bir reformaya ehtiyacımız var. Problemin konkret nədə olduğunu demək mümkün deyil. Çünki problem bir sahədə deyil. Biz 29 ildir çıxış yolunu düz yerdə axtarmırıq. Piramidanın uc nötəsinə gəlib çıxana qədər aşağıda olan səhvləri düzəltmək lazımdır. Bu gün uşaq futbolundan, idman internatlarından, klubların buna göstərdiyi qayğıdan danışmalıyıq. Gənclər millisini hansısa səviyyəyə çıxarmaq lazımdır. Çünki bütün sadaladıqlarımın hamısı sonda əsas millimizə öz effektini verir. Bir daha qeyd edirəm ki, ən aşağıdan başlayaraq böyük reformaya ehtiyacımız var. Mən çox problemlər haqda danışa bilərəm. Sadəcə uzatmaq istəmirəm. Bir çox sahədə dəyişikliklərə ehtiyacımız var.

Tanınmış idman jurnalisti Sənan Abdullayev isə millimizdə yaşanan fiaskonu belə dəyərləndirdi:

"Bu gün milli komandaya gətirdiyimiz məşqçilərə baxsaq, bu ölkənin futbolunun dərdlərini dərinliyinə qədər gəlməmişdən öncə bilən yeganə insan Qurban Qurbanov olub. Onun da 6 illik müqavilə tələbinin arxasında əcnəbilərdəki kimi hər hansı hadisə baş verəndə təzminatımı alıb gedim düşüncəsi yox, problemi çözmək üçün tələb olunan zamanın bundan az olmayacağı dururdu. Amma AFFA-nın prezidenti təqdimat mərasimində 6 il dedi, 1 il sonra ovaxtkı baş katib "belə deyildi" deməklə onu yalançı çıxardı. Əgər o 6 il olsaydı, o 6 il ərzində AFFA-dakılar "Qarabağ"dakı rəhbərlik kimi peşəkar davrana bilsəydi, əminəm ki çox gözəl şeylər olacaqdı. Çünki Qurbanov çayxanalarda söhbətlə, aradabir dır-dır oynamaqla yatıb sonra da inkişafdan danışan biri deyildi. İnkişafını, müasir futbolu bildiyini sübut etmiş adam idi. Millini ayağa qaldırmaq üçün bizə yerli, daha dəqiqi bizim dildə, futbolçu ilə birbaşa ünsiyyət quran, özünü sübut etmiş, nüfuz sahibi biri ilə AFFA-nın sözün əsl mənasında komanda olması lazım idi. Olmadı! 

Gələk Foqts, Prosineçki, De Byazi kimilərə... 

Sizi əmin edərəm ki, Foqts bəlkə də bura gəlməmişdən Azərbaycanın ölkə olduğunu belə bilmirdi. Almaniya ilə Avropa çempionu olmuş, təqaüd ərəfəsində olan biri bizə banan ölkəsi kimi baxırdı və bəlkə də düşünürdü ki, bunlar yəqin ki bananı da tam düzgün yeyə bilmirlər, gedim ilk olaraq bunu öyrədim. Görün nə günə qalırdıq ki, baş məşqçimizə yalvarırdıq ki Azərbaycanda yaşa. Burada yaşamağı belə özünə dərd edən adam nə öyrədə bilərdi axı? 

Prosineçkinin uğurunu kiçiltmirəm, amma bura gəlməmişdən öncə əminəm ki, onun da məlumatı çox yox idi. Sadəcə Robert Azərbaycan mentalitetini çox tez tutmuşdu. O vaxt oynayanlarla danışanda deyirdilər ki, bizdə qəti stress, gərginlik olmurdu. Psixoloji baxımdan rahatlıq vermişdi. Amma göründü ki, o üstünlük də bir yerə qədər çatır. 

De Byazi gəlməmişdən burada Albaniyadakı uğurunu qazana bilməyəcəyinə yüzdəyüz əmin idi. Sadəcə, fərqli nələrsə edib buradakı müddətini uzadacağına inanırdı. Azərbaycan futbolunun tarixində 90-cı illərdəki dövrü çıxmaqla bu qədər legionerimiz olmayıb. Bu da bir daha göstərdi ki, De Byazinin futbol fəlsəfəsi tükənib. 

Ən əsas problem bu adamların yerli futbolla bağlı AFFA-dan tələblərinin olmaması, əgər olmuşdusa belə söz xatirinə olmasıydı. Mən şəxsən dünyanın elə bir ölkəsini tanımıram ki, orada 8 komandanın 8-i də çempionluğa, avrokuboklara oynasın. Bu halda kimsə milli, gələcək barədə düşünə bilməz. Komanda sayı çox olmalıdır. Futbolçular, xüsusən gənclər orada artıq çempionluğa oynayan komandalara düşməyən təcrübəlilərlə yanaşı çıxış etməli, təcrübə yığmalı, zaman-zaman "böyük"lərin diqqətini çəkməlidir. Yəni dünyanın hər yerində olduğu kimi. Mənim qarşıma çempionluq tələbi qoyulursa, gənclər ən son düşünəcəyim şey olacaq. Məsələn, Tovuzda oynayan uşaq belə ümid etməlidir ki, nə zamansa "Qarabağ"a, "Neftçi"yə, ordan da milliyə düşə bilər. Ya da düşə bilməsə belə xaricdə hansısa ortabab çempionatlardan təklif alıb ən pis halda daha yaxşı vəziyyətdə geri dönə bilər. 

Millinin hər mövqeyində rəqabət olmalıdır ki, gələn əcnəbi ilə az qala hər mövqe uğrunda "dava edək". Təsəvvür edin, 14 ildir əcnəbilərə güvənirik, birincisi ilə sonuncusunun açıqlaması eynidir: "Mən 40 futbolçu arasından seçim edirəm". 

Millidəki psixologiya da ölüb. Futbolçular yığmaya gəlməklə klubda oynamağın həyəcan fərqini itirib. Əvvəlki futbolçunun milliyə dəvətə görə şərəf duyduğunu hiss edirdin. İndi sanki reklam üçün piştaxta olub. Himn, gerb, forma dəyəri sanki cəhənnəmə göndərilib".

Qeyd edək ki, bir neçə gün öncə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov millimizin DÇ-2022-də yaşadığı uğursuzluq barədə danışıb. Futbol mütəxəssisi Qaynarinfo-ya müsahibəsində vəziyyəti belə dəyərləndirib:

"Tsikli 1 xalla başa vuran millinin nəticələrini təbii ki, qənaətbəxş hesab etmək mümkün deyil. Hər birimiz məyusuq. Çox böyük ümidlər bağlamışdıq. Düzdür, bunun obyektiv, subyektiv səbəbləri var. Çoxumuz deyirik ki, beş komandalı qrupa düşməyimiz bizimlə eyni gücdə olan rəqiblə mübarizə aparıb xal əldə etməyə imkan vermədi. Həmişə demişəm, böyümək istəyiriksə, güclü komandalarla mübarizə aparıb nəticə qazanmalıyıq. De Byazinin burada olduğu ilk ildə güzəştə getdik. Çünki Azərbaycan futbolu və futbolçuları ilə yeni tanış olurdu. Ancaq növbəti mərhələdə istər-istəməz komandadan məzmunlu, azarkeşləri sevindirən oyun və müsbət nəticə gözləyirdik. Heyif ki, bunun şahidi olmadıq. Hazırda azarkeşlərdən tutmuş, bütün futbol ictimaiyyəti nəticələrə görə məyusdur.

Xeyli layihələr həyata keçirilir. Ancaq istədiyimiz nəticəni əldə edə bilmirik. Görünən odur ki, hansısa problemlər, boşluqlar var. Bunu araşdırıb, üzə çıxarıb həlli ilə məşğul olmaq lazımdır. İstər-istəməz yığmanı görürük. Hansısa dəyişikliklər etməklə sabaha ümid bəsləyirik. Təməli qoyan zəncirvari bağlılıq var. Uşaq futbolu, çempionatın səviyyəsi, klublar, bunlar hamısı bir-birinə bağlıdır. Güclü zəncirvari bağlılıq olmalıdır ki, piramidanın zirvəsindəki yığmamızdan istədiyimiz nəticəni ala bilək. Artıq zaman gəlib, boşluqlar dəqiqliklə araşdırılmalıdır. Problemlər tapılmalı, ilk növbədə ictimaiyyətə çatdırılmalı, daha sonra aradan qaldırılmalıdır. İşimizi elə qurmalıyıq ki, güclü yığma görək. Bizim azarkeşlərimiz bunu görməyə layiqdir. Futbolçularımız da buna qadirdir. Deyir, "bu dünyada sən varsan, mən varam, amma biz yoxuq”.

Təkcə baş məşqçini dəyişməklə nəsə düzələrsə, bu, ən rahat yoldur. Hesab edirəm ki, kompleks şəkildə işlər görülməlidir. Təməli gücləndirib, bağlılıq yaratmaqla  istəyimizə nail ola bilərik. De Byazi ayın sonuna qədər millimizin baş məşqçisidir. Onun işinə hörmətlə yanaşmaqla vaxtı gözləməliyik. İlk növbədə onun hesabatı dinlənilməlidir. Daha sonra gələcək addımlar barədə düşünməliyik. Təhlil aparsaq, görərik ki, əvvəlcə 5, daha sonra 7 və Foqtsla 9 xal əldə olundu. Prosineçkinin zamanında isə daha yüksək – 10 xal topladıq. Sonradan enişə məruz qaldıq və qrupda cəmi 1 xala sahib olduq. Bu üzdən çox ciddi müzakirələr aparılmalıdır. İlk növbədə səbəbi araşdırıb tapmaq lazımdır. Hər komandanın yüksəlişi və enişi olur. Ancaq bu, xeyli vaxtdır davam edir. De Byazi və ya onu kim əvəz edərsə, futbolumuza xeyir verməlidir". 

Emin Şəmsiyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X