12:28 13.01.2022 313

Millinin baş məşqçisi: "Gürcüstanla oyun finala bərabər olacaq"

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva brifinq keçirib. 

Fanat.Az xəbər verir ki, braziliyalı çalışdırıcı jurnalistlərin suallarını cavablandıraraq bunları deyib:

“Rəsmi oyunlardan sonra yoldaşlıq matçını dekabrda keçirdik. Yəni komanda 8 aydan sonra yığışdı. Üstəlik, Ukrayna ilə oyuna az - 5 məşq keçib çıxmışdıq. Ona görə də boşluqların olması normaldı. Az məşq edəndə səhvlərdən qaçmaq mümkün deyil. Bunları nəzərə alsaq, Ukrayna ilə oyunda səhvlərin olması anlaşılan idi. İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq. Vaxtımız da əvvəlki toplanışla müqayisədə çoxdur. Komanda üçün hər cür şərait yaradılıb. Artıq 5 məşq keçmişik, qarşıda isə 3 məşqimiz var. Bazar günü Belçikaya yola düşəcəyik. Yekun heyəti səfər ərəfəsində açıqlayacağıq. Bu ölkənin yığması ilə də yoldaşlıq matçında gücümüzü sınayacağıq.

Final mərhələsinə gəldikdə, birinci oyun finala bərabərdir. Gürcüstanla görüşdə qazanılacaq qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq.

Komandada atmosfer yaxşıdır. Fiziki baxımdan futzalçılar hazırdır. Ölkə xaricində çıxış edən oyunçularımız klublarında daim oynayırlar. Yerli çempionatdakı milli üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçiblər. Ciddi zədəsi olan futzalçımız yoxdur. Düzdü, bir neçə oyunçuda yüngül ağrılar var, amma bu onlara məşq etməyə və oyun keçirməyə mane olmayacaq.

Əlbəttə, daha çox yoldaşlıq oyunu keçirmək istəyirdik. Oktyabr, noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik. Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər.

Çalışacağıq ki, final mərhələsində daha yaxşı nəticə qazanaq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 May 2024
23:13

AL: "Roma" "Bayer"in məğlubiyyətsizliyinə son qoya biləcək? - YENİLƏNİR

23:07

KL: İtaliyada erkən qol - YENİLƏNİR

21:40

Ceydon Sanço MY-yə yalnız bu şərtlə qayıdacaq

21:16

PSJ-nin futbolçusu Avropa çempionatını buraxacaq

20:55

"Real" Luninlə bağlı qərarını verdi

20:20

İPL: Ayın məşqçisi adına namizədlər bilindi

19:48

Stil Fransa klubunu tərk edəcək - RƏSMİ

19:18

“Prezident Kuboku 2024”: Reqatada daha medal

18:45

İPL: Ayın ən yaxşı oyunçusu mükafatına namizədlər bilindi

18:30

“Prezident Kuboku 2024”: Azərbaycanlı cütlük reqatada 3-cü oldu

18:13

Kərim Benzema "Real"ın bazasında

17:50

Yüksək Liqada mövsüm yekunlaşdı

17:29

Üç mövsüm sonra A Seriyasına qayıtdılar

16:39

"Cavab matçında azarkeş amili bizim tərəfimizdə olacaq" - Luis Enrike

16:21

İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçirildi

16:02

"Real" Marselonun oğlu ilə müqavilə yenilədi

15:43

"Bu, yaxşı fürsətdir" - Edin Terziç

15:26

"Əlbəttə, "Uembli"dəki finalda olmaq istəyirik" - Hummels qələbəni dəyərləndirdi

15:07

“Prezident Kuboku 2024”: Azərbaycan avarçəkəni qızıl medal qazandı

14:50

PSJ bu mövsüm belə duruma düşməmişdi

14:32

Əşrəf Hakimi "Borussiya"ya məğlubiyyətin səbəbini dedi

14:13

Almaniya Çempionlar Liqasında əlavə yer aldı

13:55

"Möhkəm olmalıyıq" - PSJ-ni məyus edən hücumçu

13:34

"Barselona" mövsümün sonunda bu futbolçunu alacaq

13:15

Ranqnik "Bayern Münhen"in baş məşqçisi olacaq? - Özü dedi

12:56

Azərbaycanın U-17 millisi Belarusla üz-üzə

12:39

Konte özünü ingilis klubuna təklif etdi

12:20

ÇL: Həftənin ən yaxşı qolu hansı olacaq?

12:02

Klublar Komitəsinin növbəti iclası keçirildi - FOTOLAR

11:47

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

11:29

Kənan Kərimov "İmişli" üzərində qələbəni şərh etdi: "Matçın əvvəlindən bilinirdi ki..."

11:08

"Traktor" Təbrizdə liderdən xal aldı

10:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

10:08

PSJ-ni Almaniyada belə məyus etdilər - VİDEO

09:47

Yüksək Liqada mövsümə yekun vurulur

09:25

Ronaldu "Əl-Nəsr"i finala daşıdı

09:00

PSJ "Siqnal İduna Park"ı Mbappesiz tərk etdi - SƏBƏB

00:54

ÇL: PSJ Almaniyada uduzdu

01 May 2024
22:30

Minifutbol: Millimiz beynəlxalq turnirin qalibi oldu

21:14

İngiltərə klubu 18 yaşlı türkü 15 milyon avroya istədi

Facebookdan bizi izləməyi unutmayın.
X