
Bu gün Avropa çempionatının final mərhələsində Azərbaycan millisi ilk oyununu keçirib.
Fanat.Az xəbər verir ki, D qrupunun açılış qarşılaşmasında komandamız Gürcüstan yığması ilə üz-üzə gəlib.
Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan millisi ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.
Avropa çempionatı
D qrupu, I tur
22 yanvar
Gürcüstan - Azərbaycan - 3:2
Qollar: Elisandro 9'31; Sebiskveradze 26'54''; Thales 31'30'' (p) - Rafael Vilela, 5'14''; 6'26''
Baş hakim: Sedrik Pelisye (Fransa)
Qroningen. "Martini Plaza".