13:08 03.02.2022 2068

Tokiçdən mükəmməl dəyərləndirmə: Mahir Emreli haqqında

Azərbaycan millisinin sabiq məşqçisi Mario Tokiç "Dinamo Zaqreb"ə keçən Mahir Emrelinin transferi barədə Xorvatiya mətbuatına geniş açıqlama verib. 

Fanat.Az xəbər verir ki, millimizin keçmiş baş məşqçisi Nikola Yurçeviçin köməkçisi olan, həmçinin, vaxtilə "Dinamo Zaqreb"də top qovan Tokiç futbolçumuzun xarakteri və onun üstün cəhətləri barədə danışıb: 

"Mahir mədəni oğlandır, son dərəcə tərbiyəli, ingiliscə fenomenal danışan oyunçudur. Məncə, onun Zaqreb və "Dinamo"ya uyğunlaşması üçün çox vaxt lazım olmayacaq. Düşünürəm ki, Maksimir klubu çox yaxşı transfer fəaliyyəti gerçəkləşdirib. O, Azərbaycanın ən yaxşı komandası olan "Qarabağ"da oynayıb, orda təzyiq altında çıxış edirdi. Əsas oyunçulardan biri idi. Tez-tez cinahda oynasa da, heç bir problem olmadan hücumçu kimi də çıxış edə bilir. Biz isə ondan millidə həmin mövqedə istifadə etdik. “Dinamo”ya gələn futbolçu üçün vacib olan müdafiə olunan komandalara qarşı oynamağı bilməsidir. Çünki realist olaq, HNL-də demək olar ki, hər kəs “Dinamo”ya qarşı müdafiə olunur. Mahir isə belə şəraitdə çoxlu qollar vurur. Düşünürəm ki, o, “Dinamo”da əsas qolçulardan biri olacaq. O, inanılmaz sürətli oyunçudur. Məndə həmişə elə bir hiss var idi ki - bunu özünə də demişdim - o, hələ bu sürətindən 100 faiz istifadə etmir". 

Emrelinin qitə səhnəsində "Dinamo Zaqreb"ə daha çox kömək edə biləcəyinə inanan Tokiç fikrini belə əsaslandırıb: 

“Dinamo”nun sürətli keçidlə oynayacağı Avropa matçlarında da Mahir öz sürəti ilə komandaya faydalı olacaq. O, texniki cəhətdən kifayət qədər yaxşıdır. Onun gəlişi “Dinamo” xeyir verəcək. Düşünürəm ki, onun bu gün Avropada oynaması çox şeydən xəbər verir. Çünki azərbaycanlı futbolçular öz vətənlərində çox yaxşı maaş alırlar və onların çoxu xaricə getməyi ağlına belə gətirmir. Onlara evdə xoşdur, yaxşı yaşayırlar, yaxşı pul qazanırlar. Belə bir şəraitdə, hələ də bir azərbaycanlı futbolçunun Avropada uğur qazana biləcəyini göstərmək istəməsi və irəli addım atması qeyd olunmalıdır. O, Varşavada uyğunlaşma prosesindən keçib və bütün əcnəbilərə həmişə qonaqpərvər olan Zaqrebdə onun üçün daha da asan olacaq".

Qeyd edək ki, Mario Tokiç həm də “Dinamo Zaqreb”in sabiq futbolçusudur. O, bu klubda 92 oyun keçirib. Tokiç Xorvatiya millisinin sabiq üzvüdür (28 oyun). Millimizin sabiq məşqçisi hazırda Oman yığmasında Branko İvankoviçin köməkçisidir. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

13 İyun 2026
16:15

Əşrəf Hakimi Braziliyaya meydan oxudu - "Bizə də "afrikalı braziliyalılar" deyirlər"

15:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:28

Portuqaliya millisinin üzvü Londonu tərk edir, İngiltərəni yox

14:56

Bakı klubu kapitanı ilə bağlı qərarını verdi - RƏSMİ

14:30

"Bayern"dən ayrılan Qoretskanın yeni klubu bilindi - SON DURUM

13:59

İbrahimoviç DÇ-2026-da azarkeşlik etdiyi komandanın adını dedi - "Mənim köküm o ölkədəndir"

13:17

ABŞ bir rekordunu 96 il sonra təkrarladı, digərini isə...

12:53

Avropa Kuboku: Azərbaycan millisi mübarizəyə başlayır

11:54

"O, öz dövrünün ən yaxşı hücumçusudur. Nöqtə!" - Pol Poqba

11:23

Avropa Liqası: Azərbaycan milli komandaları sınaq qarşısında

10:42

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:11

İnfantino İtaliyaya istehza etdi - "Bəlkə onda dünya çempionatına qatıla bildilər"

09:36

DÇ-2026: İsveçrə Qətər ilə üz-üzə

09:00

Modriçin karyerasını nə vaxt bitirəcəyi bilindi

08:00

DÇ-2026: ABŞ Paraqvaya rəhm etmədi

02:33

Kanadada hələ belə tarixi gecə yaşanmamışdı

01:57

İrandan gələn gizli təhdid turniri yarımçıq qoya bilər

01:27

Mundialda şok qadağa: Kanada tanınmış ulduzu ölkəyə buraxmadı

00:57

DÇ-2026: Ev sahibi Kanada Bosniya və Herseqovina ilə xalları böldü

00:22

"Sabah" braziliyalı futbolçu ilə gücləndi

12 İyun 2026
23:30

AGF rəsmiləri Lənkəran və Astarada məşqçilərlə gələcək planlarla bağlı fikir mübadiləsi aparıblar

22:43

Atletika üzrə Azərbaycan çempionatında ilk günün qalibləri bilindi

22:07

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniyaya uduzdu

21:40

Azərbaycan nümayəndə heyəti FİS-in Beynəlxalq Xizək Konqresində iştirak edib

21:17

Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb

20:41

Azərbaycan boksçuları Çində Dünya Kubokunda mübarizə aparacaqlar

20:09

"Brayton" "Tottenhem"in müdafiəçisi üçün 30 milyon təklif etdi

19:41

"Barselona"nın Reşford planı dəyişdi

19:17

MPL klubları “Turan Tovuz”la bağlı CAS-a müaciət etdi

18:38

Niko Şlotterbekdən "Real Madrid" və Joze Mourinyu açıqlaması

18:09

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

17:54

AFFA rəsmiləri klub nümayəndələri ilə görüşdülər

17:33

İkiqat İngiltərə çempionu Premyer Liqa klubunda - RƏSMİ

17:14

Alberto Akviliani A Seriyası komandasına baş məşqçi təyin edildi - RƏSMİ

16:53

"Siz mənim son oyunlarımı görməmisiniz?" - Kriştianu Ronaldu

16:27

Yapon hücumçu Almaniya klubunda - RƏSMİ

16:08

"Karvan-Yevlax" "10 nömrə"si ilə vidalaşdı

15:50

"Mançester Siti"nin sabiq oyunçusu Rusiya klubunda oynayacaq - RƏSMİ

15:32

Azərbaycan kanoeçisi Avropa çempionatında qızıl medal qazandı

15:14

"Liverpul" məşhur niderlandlı ilə vidalaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X