
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda üçüncü - sonuncu oyununu keçirib.
Fanat.Az xəbər verir ki, milli Şotlandiya yığması ilə qarşılaşmada böyük hesabla məğlub olub - 0:6.
Qrupun digər oyununda Albaniya Şimali Makedoniyaya qalib gəlib (4:2).
Azərbaycan millisi bundan əvvəl Albaniya (0:1) və Şimali Makedoniyaya (0:3) uduzub. Qrupun bütün oyunları Albaniyada keçirilib.