Rusiyanın "Ximki" klubunda çıxış edən İlya Tufanoviç Sadıqov əslən azərbaycanlıdır.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçu 2021-ci ilin avqust ayında "Ximki"nin heyətində debüt edib və 2 qola imza atıb.
Rusiya Premyer Liqasında parlaq çıxışı ilə seçilən gənc futbolçu diqqətimizi çəkdi.
Maraqlıdır, bəs əslən azərbaycanlı olan İlyadan AFFA-nın xəbəri varmı? Millimizə cəlb oluna bilərmi? Təklif göndərilibmi?
Bunları dəqiqləşdirmək üçün assosiasiyaya müraciət etdik.
Suallarımızı qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla cavablandırdı: "Bəli, AFFA bu futbolçunu diqqət mərkəzində saxlayır, Texniki departament bu işlə məşğuldur".
Röya