Azərbaycan millisinin üzvü Namik Ələskərovun komandası - "Bursaspor" bu gün Türkiyə I Liqasında növbəti sınağına çıxıb.
Fanat.Az xəbər verir ki, "timsahlar" 35-ci tur çərçivəsində səfərdə "Manisa" ilə üz-üzə gəlib.
Görüş "timsahlar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Start "11-lik"də yer alan Namik fasilədə əvəzlənib. O meydandan alınarkən hesab 1:1 olub.
Hazırda 38 xalı olan "Bursaspor" turnir cədvəlində 17-ci pillədədir.
Nihat