Bu gün Rusiya Super Liqasında pley-off mərhələsinin üçüncü seriyasının oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynlinin çıxış etdiyi "Torpedo" növbəti oyununa çıxıb.
Nijni Vovqorod təmsilçisi "Qazprom-Yuqra" ilə səfər matçında böyük hesablı məğlubiyyətə uğrayıb - 3:9. Rövşən görüşün iştirakçısı olmayıb. Ümumiyyətlə, təcrübəli qapıçının adı matçın protokoluna daxil edilməyib. Buna legioner limiti səbəb olub.
Tərəflər sabah yenidən - dördüncü dəfə üz-üzə gələcəklər. "Torpedo" yenə uduzsa, mübarizəni dayandıracaq və yarımfinala "Qazprom-Yuqra" adlayacaq. Əks halda, qələbə seriyasında üçüncü dəfə qalib gələcək komandanın adına Nijni Novqorodda aydınlıq gələcək.
Mirağa