Futbol üzrə Portuqaliya çempionatında 32-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Pasuş de Ferreyra” ilə qarşılaşıb - 1:1.
Renat bu görüşün iştirakçısı olub. Hücumçu 84-cü dəqiqədə əvəzetmədən oyuna qoşulub.
Hazırda 27 xalı olan “Tondela” 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Mirağa