Bakıda təlim-məşq toplanışınını başa vuran çimərlik futbolu üzrə Küveyt yığması hazırlıq çərçivəsində Azərbaycan milli komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, Bakı Su İdmanı Sarayının ərazisindəki çimərlik meydançasında keçirilmiş oyun millimizin xeyrinə başa çatıb - 3:2.
Zeynal Zeynalovun başçılıq etdiyi komandanın heyətində Fuad Hüseynov, Amid Nəzərov və Ramil Əliyev fərqlənib.
Xatırladaq ki, millimiz bu rəqiblə keçirdiyi dörd oyunun üçündə qələbə qazanıb, birində isə məğlub olub.