Futzal üzrə Azərbaycan millisinin üzvü İsa Atayev karyerasını minifutbol liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, “Araz-Naxçıvan”dan ayrılan Atayev “Zirə” ilə anlaşıb.
O, minifutbol üzrə Azərbaycan çempionatında lider olan klubla müqavilə imzalayıb və bu mövsümün sonuna qədər komandaya kömək edəcək.
Atayevin “Beşiktaş Gent”ə keçəcəyi gözlənilirdi.