
Azərbaycanı EMF Çempionlar Liqasında təmsil edən “Zirə” növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz qitə çempionatının ikinci günündə Çexiyanın “Hanspaulka Praqa” kollektivi ilə üz-üzə gəlib.
G qrupunda mübarizə aparan Azərbaycan çempionu görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Qolları İsa Atayev və Samir Həmzəyev vurublar.
G qrupunda yer alan ölkə çempionu “Zirə” ilk matçını ötən gün Bosniya və Herseqovinanın “Krayina Plan 21” komandasına qarşı keçirib və 1:1 hesablı heç-heçəylə kifayətlənib.
"Qartallar" qrupda son oyununu bu gün İspaniyanın “Qrupo Roksu” komandasına qarşı keçirəcək. Matç saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Çempionlar Liqasının oyunları İspaniyanın Kambrils şəhərində keçirilir.