I divizionda XXIV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, ilk oyun günündaə bir matç baş tutub.
Turun açılış oyununda “Şəmkir” doğma meydanda “Qaradağ"ı qəbul edib və iddialı rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb. “Şəmkir”in qələbə topu Anar Rzayev imza atıb.
İkinci oyun günündə 4 qarşılaşma baş tutub. Turnir cədvəlinin 1-2-ci pillələrində qərarlaşmış "Araz Naxçıvan"la "Neftçala" Muxtar Respublikada qarşılaşıb. Hesabı 66-cı dəqiqədə meydan sahiblərindən David Canalidze açıb. 77-ci dəqiqədə Rüfət Musayev bərabərliyi təmin edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bununla da "Araz Naxçıvan" ikinci pillə ilə 9 xallıq fərqi qoruyub.
"Ağsu" səfərdə "Göyəzən"i darmadağın edib - 6:1. "Lokomotiv" evdə MOİK-i 2:1 hesabı ilə yenib. "Karvan" - "Energetik" oyununda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq.
I divizion
2013/14 mövsümü
XXIV tur
4 aprel
Şəmkir - Qaradağ 1:0
Qol: Anar Rzayev, 76.
5 aprel
Göyəzən - Ağsu 1:6
Qollar: Sahil İsgəndərov, 90+2 - Malik Babayev, 13; 26. Qalib Əmrahov, 60; 70; 77. Tural Rzayev, 74.
Lokomotiv - MOİK 2:1
Qollar: Arif Vəliyev, 33; 39 - Məhəmməd Bədəlbəyli, 38.
Araz Naxçıvan - Neftçala 1:1
Qollar: David Canalidze, 66 - Rüfət Musayev, 77.
Karvan - Energetik 1:1
Qollar: Ülfət Hüseynov, 20 - Pərviz Hüseynov, 57.
| 1 | Araz | 24 | 19 | 4 | 1 | 42-8 | 61 |
| 2 | Neftçala | 24 | 16 | 4 | 4 | 64-15 | 52 |
| 3 | Qaradağ | 24 | 14 | 7 | 3 | 39-10 | 49 |
| 4 | Ağsu | 24 | 13 | 5 | 6 | 42-23 | 44 |
| 5 | Şahdağ | 23 | 13 | 4 | 6 | 43-15 | 43 |
| 6 | Şuşa | 23 | 11 | 8 | 4 | 44-19 | 41 |
| 7 | Turan-T | 23 | 11 | 4 | 8 | 41-32 | 37 |
| 8 | Karvan | 24 | 10 | 5 | 9 | 36-43 | 35 |
| 9 | Lokomotiv | 24 | 11 | 2 | 11 | 36-42 | 35 |
| 10 | Mil-Muğan | 23 | 8 | 5 | 10 | 22-26 | 29 |
| 11 | MOİK | 24 | 7 | 6 | 11 | 29-40 | 27 |
| 12 | Şəmkir | 24 | 6 | 6 | 12 | 24-35 | 24 |
| 13 | Bakılı | 23 | 5 | 6 | 12 | 24-39 | 21 |
| 14 | Kəpəz | 23 | 5 | 3 | 15 | 22-28 | 18 |
| 15 | Göyəzən | 24 | 2 | 1 | 21 | 10-77 | 7 |
| 16 | Energetik | 24 | 1 | 4 | 19 | 7-72 | 7 |
Bombardirlər: Sərxan Ağayev (Şahdağ), Əli Bağırov (Karvan) - 17. Elvin Adışirinli (Neftçala/Şuşa) - 14. David Canalidze (Araz Naxçıvan) - 13. Ceyhun Abdullayev (Neftçala), Məhəmməd Bədəlbəyli (MOİK) - 12. Rəşad Piriyev (Turan-T) - 10.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol