Fransa millisi mundialın 1/4 finalında İngiltərəni məğlub etməklə (2:1) yarımfinala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, 7-ci dəfə bunu bacaran "xoruzlar" 1982 və 1986-cı illərdə olduğu kimi, ardıcıl 2-ci dəfə yarımfinala adlaya bilib.
Bundan başqa, Fransa millisi 1998-ci ildən sonra dünya çempionatının yarımfinalına yüksələ bilən hazırkı çempion olub. Bunadək DÇ-1998-ci ildə son çempion Braziliya yarımfinala və finala yüksələ bilmişdi.
Qeyd edək ki, Fransa dekabrın 14-də finala çıxmaq üçün Mərakeşlə qarşılaşacaq.
Mirağa