AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XXV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib. Qərarları təqdim edirik:
* “Energetik” - “Ağsu” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 30-cu dəqiqəsində “Energetik” klubunun baş məşqşisi Sahib Qocayev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
* MOİK - “Qaradağ Lökbatan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 83-cü dəqiqəsində MOİK klubunun futbolçusu Azad Kərimovun aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
- Oyunun 83-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Mehdi Mehdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
* “Lokomotiv” - “Araz Naxçıvan” matçında “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
- Oyunun 33-cü dəqiqəsində “Lokomotiv” klubunun futbolçusu Kənan Cəfərovun kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
- Oyunun 68-ci dəqiqəsində “Araz Naxçıvan” klubunun futbolçusu Aleksandr Kurtskeviç sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
* “Kəpəz” - “Göyəzən” matçının 41-ci dəqiqəsində “Kəpəz” klubunun futbolçusu Şərif Həsənovla “Göyəzən” klubunun futbolçusu İbrahim Hacıyev biri-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün futbolçular 3 oyunluq cəzalanır, hər iki klub 200 manat cərimə olunur.
* “Bakılı” - “Turan-T” matçının 40-cı dəqiqəsində “Turan-T” klubunun futbolçusu Mehman Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
Qeyd: İntizam Komitəsinin 08.04.2014-cü il tarixli iclasında “Bakılı” klubu I divizionun “Şahdağ” - “Bakılı” matçında iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilmiş, lakin pul cəriməsi göstərilməyib. Bu səbəbdən də İntizam qaydalarına uyğun olaraq klub 500 manat cərimə olunur.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol