
Bu qış “Qarabağ”dan ayrılaraq Macarıstanın “Ferensvaroş” komandasına keçən Ovusu Kvabenanın durumuna aydınlıq gəlib.
Fanat.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, Budapeşt klubunun idman direktoru Tamaş Haynal qanalı futbolçunun zədəsinin ciddi olduğunu söyləyib.
Klub rəsmisi onun bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib. Onun sözlərinə görə, Ovusunun Avropa Liqasının 1/8 final mərhələsində ilk oyuna kimi hazır olacağı istisna edilmir. Bu mərhələnin görüşləri 9 və 16 martda keçiriləcək.
Xatırladaq ki, Ovusu ötən həftə Macarıstan çempionatının 18-ci turu çərçivəsində baş tutan "Uypeşt"lə matçın (3:1) sonlarında top uğrunda mübarizə zamanı topuğundan ağır zədə almışdı. Futbolçu meydanı xərəkdə tərk etmişdi.