12:14 11.02.2023 2543

"Turan Tovuz"da yeni sponsor: Klubun avtobus problemi həll olunur

Bu gün Tovuz şəhər stadionunda yerli "Turan Tovuz" klubu ilə “Huner Group” şirkəti arasında sponsorluq müqaviləsi bağlanıb. 

Fanat.Az xəbər verir ki, tərəflər arasında 4,5 illik sözləşməyə imza atılıb. 

Jurnalistlər önündə çıxış edən “Huner Group” şirkətinin rəhbəri Ehtiram Quliyev klubun yaxın 5 il üçün nəzərdə tutulan hədəflərini açıqlayıb:

"İdmanda uğur birdən-birə olmur. Ona qədər infrastuktura, uşaq futboluna diqqət yetirmək lazımdır. Məqsədim "Turan Tovuz" klubuna dəstək olmaqdır, xeyir götürmək deyil, xeyir verməkdir. Bu gün də görüləcək işlər var. Sürətli şəkildə bu işlər həllini tapmalıdır. Stadionun işıqlandırma məsələsi təcili şəkildə həll edilməlidir. Bu yöndə təkliflər gözləyirik. Müzakirə olunacaq. İlk fürsətdə bu problemləri həll edəcəyik". 

Quliyev onu da bildirib ki, "Turan 100K" layihəsi yaya kimi davam edəcək. O, tovuzlu azarkeşlərə səslənərək bildirib: "Yardımın böyüyü, kiçiyi olmur. Kluba yardım kampaniyasında aktiv olmaq lazımdır. Yayda toplanan məbləğə baxılacaq. Lazım olsa, toplanan vəsaitin üzərinə biz də lazım olan məbləği qoyub kluba avtobus alacağıq".

Ehtiram Quliyev çıxışı zamanı bildirib ki, "Turan Tovuz" klubunu seçməyimizin səbəbi adının "Turan" olmasıdır: Əvvəllər yaralı yerimiz Qarabağ idi. Ancaq möhtərəm prezidentimiz cənab Ilham Əliyevin sayəsində bu problemimizi həll etdik. Artıq Turanın dirçəlmə vaxtıdır. Fikrimcə, hər bir azərbaycanlı Turan adını sevir, bu ad hər kəsə doğmadır. Bu klubu üzərində dayanmaq səbəbim bu oldu". 

Röya

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X