09:50 19.02.2023 499

"Rəhbərlik təzyiq etmir, amma..." - Elvin Məmmədov

Premyer Liqanın 23-cü turunda "Kəpəz"ə məğlub olan (2:3) "Şamaxı"nın təcrübəli futbolçusu Elvin Məmmədov oyunu dəyərləndirib.

34 yaşlı yarımmüdafiəçi Fanat.Az-a açıqlamasında qış fasiləsindən sonrakı enişin səbəbi barədə də danışıb: 

"Bilirdik çətin səfərdir, "Kəpəz" ağır rəqibdir. Oyun istədiyimiz kimi başlamadı, erkən qol buraxdıq. Amma sonradan hesabı bərabərləşdirdik. İkinci yarının əvvəli də oxşar ssenariylə keçdi: yenə hakimin start fitindən 10 dəqiqə sonra hesabda geri düşdük və hissənin ortalarında tarazlığı bərpa etdik. Bununla belə, Gəncədən xalla dönmək mümkün olmadı. 

Komanda son 4 oyunda uğursuzluğa düçar olsa da, sərgilədiyimiz futbol bədbinliyə əsas vermir. Yəni oyun var, sadəcə nəticə ürəyimiz istəyən kimi deyil. Elə bu matçı götürək, iki dəfə geriliyi aradan qaldırdıq, amma heç-heçə hesabını qoruya bilmədik. Bu da uşaqların gənc və təcrübəsizliyindən irəli gəlir. Bir neçə təcrübəli oyunçu, o cümlədən mən, bu və ya digər səbəbdən hələ meydanda komandaya tam kömək edə bilmirik. Qış fasiləsində isə Adil Nağıyev komandadan ayrıldı. O, vacib fiqur idi, oyun üslubumuza uyğunlaşmışdı. Onun arxada varlığı müdafiənin etibarlı olmasına şərait yaradırdı".

"Şamaxı" yüksək nəticə iddiasında olmadığını açıqlayıb diqqətini gənc futbolçulara təcrübə qazandırılmasına yönəltsə də, son dönəm durum dəyişib. Söhbət komandanın premyer liqada qalıb-qalmamasından gedir. Bəs bu vəziyyət futbolçularda təzyiq yaradırmı? Elvin Məmmədov bu barədə də danışıb: "Əvvəldən bilirdik ki, bizim üçün çətin olacaq. Gənclərdən və təcrübəsizlərdən qurulmuş, legionersiz komanda... Rəhbərlik tərəfdən bizə təzyiq göstərilmir. Amma özümüz bunu dərk edirik ki, nəticə vacibdir. Əks halda, elitadan düşə bilərik. İnanıram ki, "Şamaxı" Premyer Liqada qalacaq, biz bunun öhdəsindən gələ biləcəyik".

Qeyd edək ki, "Şamaxı" 23 turdan sonra 16 xalla 9-10-cu yerləri bölüşür.   

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

Facebookdan bizi izləməyi unutmayın.
X