19:23 19.04.2023 531

“Finala çıxacağımıza yüz faiz inanıram” - Regekampf

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri ilk oyunu şəhr edib.

Fanat.Az xəbər verir ki, rumıniyalı mütəxəssis 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Oyunumuzdan və hesabdan narazı qaldım. Oyunu çox çətinləşdirdik. Öz səviyyəmizdə oynamadıq. Bir neçə futbolçu bu gün öz səviyyəsinə çata bilmədi. Bu haqda düşünməliyik. Çempionat matçına və kubok oyununa hazırlaşmaq üçün bir neçə günümüz var. Hazırda yaxşı görünmürük. Futbolçularıma yüz faiz inanıram. Onlar növbəti matçda nəticəni dəyişə biləcəklər və bizi finala daşıyacaqlar. 

Komandanın yaxşı görünməməsinin ən böyük səbəblərdən biri süni örtüklü meydançadır. Futbolçularımla çoxlu söhbət edirəm. Çalışıram onların fikrini yayındırım ki, meydança haqda çox düşünməsinlər. Səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Yaxşı oynamsan belə, meydanda mübarizə aparmalısan. Cavab matçında rəqibə başqa üzümüzü göstərməli olacağıq.

Rəqib oyunçular həm mübarizə apardılar, həm qaçdılar. İçlərində belə hiss var idi ki, hər top uğrunda mübarizə aparmalıdırlar. Həmişə sadə və uzun oynamağa çalışırdılar. Biz bunu şərh etməli deyilik. Çünki bu, onların oyun üslübudur. Əllərinə düşən şansdan yararlana bilirlər. Cavab görüşünə yaxşı hazırlaşmalıyıq. İnanıram ki, komandam geridönüş edəcək. Bu cür vəziyyətlərə artıq öyrəşmişik. Atmosfer mükəmməl idi. Onlar bu gün 12-ci oyunçu kimi çıxış etdilər. Stadionda belə halları görmək çox gözəldir. Rumıniyada bü cür atmosfer olan kifayət qədər stadionlar var. 

"Səbail"lə matça əlimizdə olan ən yaxşı heyəti buraxacağıq. Futbolçularım asanlıqla üç gündən bir oynaya bilərlər. Finala yüksəlməliyik. Bunun üçün də qollar vurmaq lazımdır. "Bakcell Arena"da nələrin baş verəcəyini bilirik. Çünki ora gələn komandalar futbol oynamağa çalışır. Hətta "Turan Tovuz" da nələrsə etməyə çalışacaq. Öz oyunumuzu oynamağa və finala yüksəlməyə çalışacağıq. Futbolçuların səviyyəsinə inanıram. Bizim yaxşı oyunçularımız var. Onlar normal meydançada oynayacaqlar. Orada istədikləri şeyləri edə biləcəklər. Amma bu, futboldur. "Turan Tovuz"un da şansları olacaq. Mən öz komandam haqda danışıram. Yüz faiz əminəm ki, futbolçularım geridönüş edə biləcəklər”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

Facebookdan bizi izləməyi unutmayın.
X