I divizionda XXIX tura yekun vurulub. Fanat.az xəbər verir ki, bu gün 6 oyun keçirilib.
"Neftçala" evdə "Lokomotiv"i 2:1 hesabı ilə yenib. "Kəpəz"in qonağı olan "Qaradağ" 90+3-cü dəqiqədə qeydə alınan avtoqol sayəsində qələbəni bayram edib.
"Şuşa" MOİK-i 4:2, "Karvan" "Turan-T"ni 2:0, "Şəmkir" "Göyəzən"i 1:0 hesabı ilə üstələyib. "Şahdağ" - "Ağsu" oyununda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, turun iki oyunu mayın 7-də keçirilmişdi. "Araz Naxçıvan" "Mil-Muğan"ı 3:0, "Energetik" "Bakılı"nı 3:2 hesabı ilə yenib.
I divizion
2013/14 mövsümü
II dövrə, XXIX tur
7 may
Araz Naxçıvan - Mil-Muğan 3:0
Qollar: Elgiz Kərimli, 45+1. Tural Hümbətov, 63. David Canalidze, 80.
Bakılı - Energetik 2:3
Qollar: Rasim Daşdəmirov, 14. Şahin Əliyev, 20 - Elçin Abdullayev, 21. Heydər Müslümzadə, 44. Ramil Nəsibov, 63.
11 may
Göyəzən - Şəmkir 0:1
Qol: Ramil Allahverdiyev, 90+2.
Karvan - Turan-T 2:0
Qollar: Rəhman Əzizov, 7. Əli Bağırov, 38.
Kəpəz - Qaradağ 0:1
Qol: Əli İsmayılov, 90+3 (avtoqol).
Neftçala - Lokomotiv 2:1
Qollar: Məhəmməd Alıyev, 21-pen; 61 - Vasif Rzayev, 75.
Şahdağ - Ağsu 1:1
Qollar: Elmar Yəhyabəyov, 39 - Nicat Tağıyev, 73.
MOİK - Şuşa 2:4
Qollar: Məhəmməd Bədəlbəyli, 41; 80 - Məhəmməd Xəlilov, 15-pen; 85. Fərid Abdullayev, 17. Emin Mollayev, 48.
| 1 | Araz | 29 | 24 | 4 | 1 | 57-11 | 76 |
| 2 | Neftçala | 29 | 20 | 5 | 4 | 77-20 | 65 |
| 3 | Qaradağ | 29 | 18 | 8 | 3 | 52-14 | 62 |
| 4 | Ağsu | 29 | 17 | 6 | 6 | 55-25 | 57 |
| 5 | Şuşa | 29 | 15 | 9 | 5 | 59-24 | 54 |
| 6 | Şahdağ | 29 | 16 | 5 | 7 | 54-21 | 54 |
| 7 | Turan-T | 29 | 13 | 5 | 11 | 50-43 | 44 |
| 8 | Karvan | 29 | 12 | 5 | 12 | 41-51 | 41 |
| 9 | Mil-Muğan | 29 | 11 | 6 | 12 | 29-33 | 39 |
| 10 | Lokomotiv | 29 | 12 | 2 | 15 | 41-57 | 38 |
| 11 | Şəmkir | 29 | 8 | 6 | 15 | 27-41 | 30 |
| 12 | MOİK | 29 | 7 | 7 | 15 | 32-51 | 28 |
| 13 | Bakılı | 29 | 6 | 6 | 17 | 34-57 | 24 |
| 14 | Kəpəz | 29 | 6 | 4 | 19 | 26-37 | 22 |
| 15 | Energetik | 29 | 2 | 5 | 22 | 11-83 | 11 |
| 16 | Göyəzən | 29 | 2 | 2 | 25 | 11-88 | 8 |
Bombardirlər: Əli Bağırov (Karvan), David Canalidze (Araz Naxçıvan) - 20. Sərxan Ağayev (Şahdağ) - 18. Elvin Adışirinli (Neftçala/Şuşa), Məhəmməd Bədəlbəyli (MOİK) - 16. Ceyhun Abdullayev (Neftçala), Rəşad Piriyev (Turan-T) - 12. Qalib Əmrahov (Ağsu) - 11.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol