15:24 27.09.2023 1194

"Oynadığım mövqedə özümdən güclüsünü görməmişəm" - Vadim Abdullayev 

Misli Premyer Liqasının debütantı "Araz-Naxçıvan"ın çempionata rəng qatacağını çox az adam proqnozlaşdırardı. Lakin son turda "Səbail"ə 0:1 hesabı ilə yenilən kollektivin qısa müddətdə "bərk qoz" imici formalaşdırması faktdır. Bu yay azad agent qismində Naxçıvan təmsilçisinə qoşulan Vadim Abdullayevlə əlaqə saxlayıb bir neçə suala cavab verməsini istədik.
    
"6 nömrə"nin Fanat.Az-a müsahibəsini təqdim edirik:

- Bir müddət futboldan uzaqlaşıb Rusiyada yaşamısınız. Hadisələr necə cərəyan etdi ? "Araz-Naxçıvan"a gəlişiniz baş tutdu?
- Futboldan soyuyub Rusiyaya getmişdim. Heç kimdən təklif almadığım üçün ailəmlə birlikdə vətəni tərk etmişdim. "Araz-Naxçıvan"dan gələn təklifi ailəmlə müzakirə etdim və mənə dəstək oldular. Həmişə demişəm və deyəcəm: oynadığım mövqedə özümdən güclüsünü görməmişəm. Demirəm ki, hamıdan güclüyəm. Sadəcə, əminliklə deyə bilərəm ki, kimsə məndən güclü deyil. Premyer Liqada yeddi matç keçirmişik və oyundan-oyuna artırırıq. Allahın köməyi ilə "artıracam", inkişaf edəcəm. Azər müəllim mənə güvənməsəydi, yenə də yox idim. Baş məşqçi mənə şans verirsə, mənim borcumdur ki, hər oyunda onun etimadını doğrudum. Bir insanı silib atmaq asandı, amma onu qazanmaq çətindir. İnsanlara güvənmək lazımdır. Heç kimin şans vermədiyi Vadim Abdullayev bu gün öz oyununu göstərir. Hansı ki, vaxtı ilə haqqımı tapdalayıb düzgün davranmamışdılar. Bu gün isə hər şeyə rəğmən, mübarizə aparıram. Bu mübarizəm mənim kimi əziyyət çəkən gənc oyunçulara müsbət nümunə olsun.

- Bu mövsüm "Araz-Naxçıvan"ın çempionata yaxşı başlayacağını, uğurlu çıxışla diqqət çəkəcəyini gözləyirdinizmi?
- Bəli, inanırdım. Komanda yeni formalaşanda bilirdik ki, problemlər olacaq. O problemlərin öhdəsindən gələcəyimizə inanmağımın səbəbi klubun seleksiyaçıları idi. "Araz-Naxçıvan" döyüşkən, mobil bir komandadır. Heyətdə keyfiyyətli futbolçular üstünlük təşkil edir. Ambisiyalı komandamız var. Çalışırıq ki, hər oyunda komandaya maksimum faydaı olaq.

- Sizcə, komandanın uğurlu olmasının başlıca səbəbi nədir ?
- Komandanın uğurlu çıxışının səbəbi sabitlikdir. Bir neçə görüşü çıxmaq şərti ilə biz zəif oynamamışıq. Baş məşqçinin dediklərini yerinə yetirməyə çalışırıq. Hər oyuna bərabərlik yox, qələbə üçün çıxırıq.

- Millidən dəvət gözləyirsiniz?
- Futbolçuyamsa, çalışmalıyam ki, millinin formasını geyinmək mənə də qismət olsun. İşimi sevən biri olmuşam. Bilirəm ki, Allah əziyyətimi yerdə qoymayacaq.

Nahid Məmmədov 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X