18:33 26.12.2023 674

“Səbail” sabiq futbolçusuna 70 min manat təzminat ödəyəcək

Apellyasiya Arbitraj Tribunalının 2023-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş iclası keçirilib. 

Fanat.Az ilin son iclasında qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

1. “Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. AFFA U-13 Liqasında iştirak edən “Baku Sportinq” komandasının heyətində yer alan doqquz nömrəli futbolçu Roman Bayandurov adından lisenziyası olmayan Əli Hüseynov adlı şəxs mötərizədə qeyd edilən oyunlarda (I tur “Baku Sportinq” – “Zirə” PFK (2:1), II tur “Modern FC” – “Baku Sportinq” (1:5), III tur “Baku Sportinq” – “Fənər Bakı” (8:1), IV tur EFA – “Baku Sportinq” (2:4), V tur “Baku Sportinq” - ROFM (0:0), VI tur “Zəngəzur” FK – “Baku Sportinq” (2:1), VII tur “Baku Sportinq” – “Xəzər Baku” (5:0), VIII tur “Neftçi” PFK – “Baku Sportinq” (2:2), IX tur “Baku Sportinq” – “Xəzri Buzovna” (6:1)) iştirak etdiyinə görə “Baku Sportinq” komandasına həmin oyunlarda 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı qüvvədə qalsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

 
1. İddiaçının nümayəndəsi Elcan Həsənli tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. “İddiaçı Tural Bayramlının cavabdeh "Səbail" Peşəkar Futbol Klubuna qarşı “kompensasiya” tələbinə dair” iş üzrə Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən qəbul edilən 12 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin.
3. Cavabdeh "Səbail" Peşəkar Futbol Klubundan iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi olaraq 70.000 (yetmiş min) AZN məbləğində pul tutulsun.
4. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
6. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.
 

1.“Baku Sportinq” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
2. 10.12.2023-cü il tarixdə AFFA U-17 Qızlar liqası çərçivəsində keçirilən “Sumqayıt” – “Baku Sportinq” oyununun 41-ci dəqiqəsində “Bakı Sportinq” klubunun komandasının baş məşqçisi Aliyə Vəliyeva köməkçi hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalandırılmasına görə onun 5 oyun cəzalanması (maddə 43.4) barədə İntizam Komitəsinin 13 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilsin.
3. Baş məşqçi Aliyə Vəliyevaya təyin olunan cəzanın bir hissəsi icra edilərək sonuncunun müvafiq liqada 1 oyun buraxması, digər 4 oyunluq cəzasının isə ödənilməmiş qalması nəzərə alınaraq, İntizam Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ödənilməmiş 4 oyun cəzası şərti tətbiq edilsin.
4. Şərti cəzanın tətbiqi üçün 3 ay sınaq müddəti təyin edilsin. Sınaq müddətinin başlanğıcı ilkin cəzanın çəkildiyi 24 dekabr 2023-cü il tarixdən etibarən müəyyən edilsin.
5. İntizam Komitəsinin qərarı qalan hissədə qüvvədə saxlanılsın.
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 
7.Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin
8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəf(lər)ə göndərilsin.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
01:58

ÇL:2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Facebookdan bizi izləməyi unutmayın.
X