
Mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Şamaxı" klubu növbəti transferini reallaşdırıb.
Fanat.Az bölgə təmsilçisindən mətbuat xidmətinə istinadən xəbər verir ki, "Turan Tovuz"un müdafiəçisi Səbayıl Bağırov mövsümün sonuna qədər icarəyə götürülüb.
Qeyd edək ki, I Liqa klubu qış fasiləsində Roman Hüseynov və Bəhruz Teymurovu da heyətinə qatıb.