Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı bu gün başa çatacaq.
Fanat.Az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi bürünc mükafat qazana bilər.
Nurəddin Novruzov (61 kq) təsəlliverici görüşdə Nils Leutert (İsveçrə) ilə üz-üzə gələcək. Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvilinin (125 kq) medal qarşılaşmalarındakı rəqibləri daha sonra bəlli olacaq.