Misli Premyer Liqasının 32-ci turunda "Səbail"i qəbul edəcək "Sabah" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Elnur Həmidov deyib:
"Sofian Çakla sarı vərəqə limitini doldurduğuna görə oynamayacaq. Vinsent Till və Kristian Sebalyos isə zədə səbəbindən meydana çıxa bilməyəcəklər".
Qeyd edək ki, şənbə günü reallaşacaq "Sabah"- "Səbail" qarşılaşması 19:00-da start götürəcək.
Nihat