
Almaniyada təşkil olunan Avropa çempionatında bu gün digər finalçının adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, ikinci yarımfinal matçında İngiltərə və Niderland milliləri qarşılaşıblar.
Dortmunddakı "Siqnal İduna Park"da baş tutacaq matç saat 23:00-da start götürüb. Hesabı Niderland açsa da, yekunda qələbə qazanan Britaniya təmsilçisi finala çıxıb. Ardıcıl ikinci Avropa çempionatında finala yüksələn İngiltərə həlledici görüşdə İspaniya seçməsi ilə üz-üzə gələcək.
AÇ-2024
Yarımfinal
10 iyul
Niderland - İngiltərə 1:2
Qollar: Simon's, 7 - Keyn, 18 - pen. Uotk8ns, 90+1
Hakim: F.Tsvayer (Almaniya)
Dortmund. "Siqnal İduna Park"