13:06 26.07.2024 1206

Kərimov "Zirə" və "Sabah"ın üstünlüyü əldən verəcəklərinə inanmır - AÇIQLAMA

Dünən Azərbaycanın 3 təmsilçisi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyunlarını keçirdilər. "Zirə" "Dalğa Arena"da Slovakiyanın "DAK 1904" komandasını 4:0 hesabı ilə yendisə, "Sabah" Qəzza zolağındakı müharibə səbəbindən ev oyununa Macarıstanda çıxan İsrail "Makabi"sini (Hayfa) 3 cavabsız qolla üstələdi. Sumqayıtın eyni adlı təmsilçisi isə "doğma divarlar" arasında Macarıstan "Fehervar"ına uduzdu - 1:2. 

Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq üzvü Aslan Kərimovla əlaqə saxlayıb ölkə komandalarının birinci görüşlərini və növbəti mərhələ şanlarını dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu: 


"İlk olaraq "Zirə"nin oyununu izlədik. Həqiqətən çox yaxşı oyun nümayiş etdirdilər. Slovakianın "DAK 1904" komandası zəif rəqib deyildi. Heyəti formalaşdırmışdılar, Azərbaycana yaxşı nəticə ardınca gəlmişdilər. Amma "Zirə" matça çox düzgün yanaşmağı bacardı. Futbolçuların meydanda ortaya qoyduğu yaxşı oyun və əzmkarlıq hesabına 4:0 hesablı qələbə qazandılar. Komandalarımız avrokuboklarda belə hesablı qələbələri nadir hallarda qazanır. "Zirə" bu görüşdə çox yaxşı, balanslı oyunla diqqət çəkdi. Topa nəzarəti əldən vermədilər, qol şanslarını lazımınca dəyərləndirdilər. Cavab qarşılaşması çətin alına bilər. Çünki rəqib evdə vəziyyətdən çıxmaq üçün aqressiv oynamaq məcburiyyətindədir. Ancaq düşünmürəm ki, 4 cavabsız qolun əvəzini çıxa biləcəklər. Fikrimcə, "Zirə" mərhələni adlayan tərəf olacaq. Azərbaycan futbol ictimaiyyəti olaraq təəssüfləndiyimiz məqam bu komandamızın "Şerif" səddini adlaya bilməməsidir. Bu oyunla Moldova komandasını da keçməliydilər. Hakimin axmaq qərarı, qırmızı vərəqə olmasaydı, böyük ehtimalla, "Şerif"i də mübarizədən kənarlaşdıracaqdılar. "Zirə" belə davam etsə, bir neçə mərhələ adlaya bilər. Onlara Konfrans Liqasında uğurlar arzulayıram.

"Sumqayıt" - "Fehervar" matçına gəlincə, meydan sahibləri əla başlamışdılar. Yeni stadionda keçirdikləri ilk avrokubok matçında hesabı açmağı da bacardılar. Murad Xaçayevə göstərilən qırmızı vərəqə vəziyyəti çətinləşdirdi. Rəqib fiziki hazırlıq baxımından çox yaxşı görünürdü. Macarlar hava mübarizələrində olduqca inamlı təsir bağışlayırdılar. Hakim bərbad idarəçiliklə diqqət çəkdi. Hər ikili mübarizəyə sarı vərəqə verirdi. Bunu qəsdən etdiyini düşünmürəm. Təcrübəsizliyi sezilirdi. Belə rəqiblə oyunda 33-cü dəqiqədən azlıqda qalırsansa, istər-istəməz mübarizə aparmaq çətinləşir. "Fehervar" "qırmızı"dan sonra asmalardan daha çox istifadə etməyə başladı və 2 qol vuraraq vəziyyəti xeyrinə dəyişdi. "Sumqayıt" üçün cavab oyunu çox çətin olacaq. Rəqib meydanında 1:2 hesablı yenilginin əvəzini çıxmaq asan iş deyil və bu səbəbdən mərhələ adlamaq şansları azdır.

"Makkabi" təmsilçilərimizə düşən rəqiblər arasında ən təhlükəlisi idi. Buna baxmayaraq, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yaxşı mübarizə apardı. "Sabah" ilk yarıda ikinci hissəyə nəzərən o qədər də parlaq çıxış nümayiş etdirmədi. Rəqibi öyrənməyə çalışdıqları, ehtiyatı əldən vermək istəmədikləri hiss olunurdu. Hayfa təmsilçisi irəlidə pressinq edir, müdafiədə isə "Sabah"ın futbolçularını diqqətdə saxlamaq işinin öhdəsindən gəlirdilər. Fasilədən sonra Azərbaycan komandası boşluqlardan inamla faydalanmağa, topu ələ keçirərkən kəsərli əks-hücumlar qurmağa başladı. Coy Lens-Mikels, Cesse Sekidika kimi futbolçular ön plana çıxaraq nəyə qadir olduqlarını göstərməyi bacardılar. Bu rəqibi 3:0 hesabı ilə məğlub etmək əla nəticədir. Düzü, matçın belə hesabla başa çatacağını heç birimiz gözləmirdik. "Sabah" işinin öhdəsindən məharətlə gəldi. Cavab matçını evdə keçirəcək təmsilçimizin 3:0-lıq üstünlüyü əldən verəcəyini düşünmürəm. Amma "Sabah"ın ötən yay "Partizan"la oyunlarını yada salsaq, diqqətli olmaq vacibdir. "Partizan"ı Serbiyada 2:0 hesabı ilə yensələr də, evdə məğlub olaraq mübarizəni dayandırmışdılar. "Makkabi"nin heyətinin ümumi dəyəri 26 milyon avrodur. Fikrimcə, "Sabah" ikinci görüşə yaxşı köklənəcək və mərhələni adlayan tərəf olacaq.

Görünən budur ki, ölkə futbolunda müəyyən inkişaf var. Artıq komandalarımız yalnız müdafiədə oturmaqla və təsadüfi qələbələrlə kifayətlənmirlər. İrəliləyişin sezilməsi olduqca müsbət haldır. Amma bu, yalnız klub futboluna aiddir".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

05 Sentyabr 2026
19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:48

MPL: "Sabah"dan 5-ci qol - YENİLƏNİR

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

11:10

Həftəsonu oyunları bu kanallarda - AFİŞA

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

01:57

La Liqa: "Real Betis"ə 1 qol bəs etdi

01:44

Premyer Liqa: "Liverpul" "İspviç"i məğlub etdi

01:25

Liqa 1: "Monako" səfərdən 3 xalla qayıdır

01:06

A Seriyası: "Komo"dan əzmkar qələbə

00:59

Bundesliqa: "Ştutqart"dan darmadağın

04 Sentyabr 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

22:07

MPL: "Şamaxı" Gəncədə darmadağına sevindi, "Qəbələ" mövsümdə ilk qələbəsini qazandı

21:44

"Belə baxımlı bir qol vurduğuma görə sevincliyəm"

21:04

"Qəbələ" 3 ildi eyni taktika ile meydana çıxır" - Fərid Namazov

20:32

Maarifləndirici antidopinq seminarı keçirildi

20:04

"Rəqib bizdən üstün oynadı" - MOİK-in baş məşqçisi

19:41

"Zirə" braziliyalı yarımmüdafiəçi üçün nə qədər tazminat ödədi?

19:10

I Liqa: Mingəçevirdə məhsuldar heç-heçə, "Gəncəbasar"dan çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X