13:20 28.02.2025 1336

Gülümsərovun limandrası, Rəfiyevin ostopolitikası

Qol vurmaq? Yox, bu söz birləşməsi “Sumqayıt”ın leksikonundan 10 oyundur ki, çıxarılıb. Onlar futbola sənət kimi yanaşırlar, amma abstrakt sənət kimi! On oyundur ki, topu qapıdan başqa meydanın hər tərəfinə göndərirlər. “Sumqayıt”ın oyunlarında azarkeş yorulur, amma top yorulmur. 

Dəyərli oxucu, əziz sumqayıtlılar, bir az səbr etmək lazımdır. “Sumqayıt” rəhbərliyi kluba, komandaya yeni sistem tətbiq edir. Bir növ keçid dövrü kimi başa düşək. Anlamağımız zaman ala bilər. Rəfiyevin tətbiq etmək istədiyi sistem dünyada ilk olacaq. Sənətlə futbolun sintezindən yaranan “abstrakt futbol idarəçiliyi” təcrübə dövründədir. Lap Gülümsərovun limandrası kimi. İlkin mərhələdə meydandakı oyun, sonra yavaş-yavaş rəhbərlik, idarəcilik abstrakt olacaq.  
Riad Rəfiyevin növbəti mərhələdəki addımı isə ostopolitik siyasətə keçid sayılacaq. Yəni azarkeşlərlə klub münasibətlərini yaxşılaşdırmaq prioritetə çevriləcək.

“Kimyaçılar”ın prezidentinin işgüzar nüfuza həssas yanaşması hər kəsə məlumdur. Lakin o, hazırkı durumda özündən çox  Azərbaycana Nazim Süleymanov, Arif Əsədov, Mehman Yunusov, Kamal Quliyev kimi futboluçular bəxş etmiş Sumqayıt futbolunun nüfuzunun itib-batmasından narahatdır. Məhz bu səbəbdən Rəfiyev keçid dövrünün maksimum tez bitməsinə çalışır.  
Riad müəllimi narahat edən, azarkeşlərin səbr kasasının dolacağı və onun istefasının tələb olunacağı ehtimalıdır. Yaxınlarda tovuzluların hakim idarəçiliyinə sivil etirazı “Sumqayıt” azarkeşləri üçün də presedent ola bilər. Belə ki, son on oyunda qol vura bilməyən komandanın rəhbərliyinə tribunalardan azarkeşlərin əl hərəkəti ilə sıfır göstərməsinin Rəfiyevin işgüzar nüfuzuna təsir etmək ehtimalı da var. Təkrar edim, bu, sadəcə ehtimaldır!

Bəli, işgüzar nüfuz cib dəsmalı deyil çıxarıb göstərəsən ki, məndə var, səndə yox. Nəticən sıfırdırsa, nüfuzun da ona mütənasibdir. 
Cənab Rəfiyev, bəlkə daşı ətəyindən töküb sıfırdan başlayasan... 

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

27 Avqust 2026
22:57

Martines "Çelsi"yə "hə" dedi

22:48

KL: "Qarabağ" avrokuboklarla vidalaşdı

21:17

"Gəncə" heyətini gücləndirdi

21:15

"Sabah" "Barselona"nı Bakıya gətirir

20:13

Zirkze İtaliyaya qayıdır?

19:49

"Beşiktaş"da gözlənilən ayrılıq

19:04

APL Fantasy-də 2-ci turun qalibi müəyyənləşib

18:41

Sabiq "Qarabağ"lı bu kluba keçdi

18:14

"Sabah"ın transfer edə bilmədiyi ulduzun yeni ünvanı bəlli oldu

17:48

"Qarabağ"dan azarkeşlərinə sürpriz

17:23

Fofana "Portu"da çıxış edəcək

17:05

Yelena Şabovta yeniyetmə və gənc voleybolçularla görüşdü

16:49

"Bayern Münhen"in futbolçusu "Brügge"də - RƏSMİ

16:31

Hans-Diter Flik: "Ya Alvareslə müqavilə bağlayacağıq, ya da..."

16:13

"Şəfa"nın futbolçusunun meydana çıxıb-çıxmayacağı sual altındadır

16:03

"Sabah" futbol klubuna 5 milyon manat ayrıldı

15:58

Qana millisinin üzvü "Fənərbağça"ya keçir - Tərəflər razılaşdılar

15:37

Tsxadadze hələ də istədiyi oyunçunu tapa bilməyib - Məmmədovun cəza müddəti başa çatdı

15:19

"Beşiktaş" yeni transferini açıqladı - RƏSMİ

15:01

İkinci Liqa təmsilçisi "Qarabağ" və "Neftçi"də oynamış hücumçu ilə gücləndi

14:42

Qəzənfər Abbasov: "Zəngəzur", "Hypers" və "Dinamo"nun yekunda ilk "6-lıq"da olması mümkündür"

14:24

"Çelsi" Delapı satdı - RƏSMİ

14:06

"Qarabağ"ın 3 futbolçusu "Tvente"yə qarşı oynamayacaq - ADLAR

13:49

"Şamaxı" "Qəbələ" ilə oyuna itkisiz hazırlaşır

13:30

Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində mübarizə aparacaqlar

13:12

"Böyük Dəbilqə" turnirində Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq

12:53

"Qarabağ"ı olduqca çətin oyun gözləyir" - Şahin Diniyev

12:34

Niko Qonzales "Mançester Siti"ni digər İngiltərə klubuna dəyişdi

12:19

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:03

PSJ Dembelenin müqaviləsini yeniləyir

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:29

KL: Mahir Emreli ilə Murad Məmmədov Liqa mərhələsində oynaya biləcəkmi?

11:10

"Dünya futbolundan geri qalmadığımızı görürlər" - "Fənərbağça"nın baş məşqçisi

10:51

AL: Zamiq Əliyevli "Eqnatiya" da səfər sınağına çıxır, Türkiyə nəhəngləri də

10:30

"Sabah"ın hansı rəqiblərlə oynayacağı çox vacibdir" - Aslan Kərimov

10:09

"Sabahın ulduzları": "Neftçi" rəqibinə rəhm etmədi - Nəticələr/Fotolar

09:48

Fransada insident: "Fənərbağça"nın ulduzuna hücum çəkildi - VİDEO

09:25

"Sabah"ın Liqa mərhələsindəki rəqibləri müəyyənləşir - PÜŞKATMA

09:00

KL: "Qarabağ" "Tvente" ilə həlledici qarşılaşmaya çıxır

05:48

Türkiyəli ulduz üçün 40 milyon ödəyəcəklər?

Facebookdan bizi izləməyi unutmayın.
X