11:07 23.04.2026 1365

FİRƏNGizin uşaqları

Dünən kubokun yarımfinalında baş verənlər artıq “səhv” kateqoriyasını çoxdan keçib. Bu, mövsümboyu yığılan problemlərin pik nöqtəsidir.

Son saniyələr, oyunun taleyi həll olunur. Və hamının gördüyü, tribunadan tutmuş ekran qarşısındakı azarkeşə qədər hər kəsin “bu penalti idi” dediyi epizod... Hakim görmədi. Bu, bir yana — VAR da görmədi.

Texnologiya var, sistem var, amma qərar yoxdur. Bu artıq texniki yox, sistemli problemdir.

Dünənki “Sabah” – “Qarabağ” oyunu bir kubok yarımfinalından daha artıq məna daşıdı. Oyunun nəticəsindən çox, son saniyələrdə baş verən hakim biabırçılığı yadda qaldı. Verilməyən aşkar penalti, susan VAR və oyunu ədalətin yox, öz bildikləri ssenarinin içində bitirən hakimlər bir daha göstərdi ki, bu mövsüm Azərbaycan futbolunda hakimlik artıq tənqid yox, ittiham mövzusudur.

Bu, sadəcə kobud səhv deyildi. Bu, mövsüm boyu yığılan narazılığın pik həddi idi. Çünki insan bir epizodu səhv saya, iki epizodu uğursuzluq kimi qəbul edə bilər, amma eyni xarakterli, eyni nəticə doğuran, eyni dərəcədə qıcıq yaradan qərarlar ard-arda, turdan-tura gələndə artıq “səhv” sözü yetərli olmur. O anda başqa sözlər meydana çıxır: qərəz, qəsd, sifariş. Hakimlərin son zamanlar etdiyinə səhvdən başqa hər şey yaraşır.

Ən ironik tərəfi də budur ki, “Sabah”ın belə hakim köməyinə ehtiyacı yox idi. Oyunun uzatma dəqiqələrində bəlkə də elə öz gücü ilə qalib gələcəkdi. Amma hakimin bu qərarı oyunun məzmununu da, nəticənin qəbulunu da zədələdi. Bir komandanın haqqını əlindən almaqla yanaşı, digər komandanın qələbəsinə də kölgə salındı. Görünən penaltini görməmək bir yana, VAR-ın da kor kimi davranması artıq adamı qəzəbləndirmir, iyrəndirir. Nə demək istəyirsiniz?

Vaxtilə hakimlər komitəsində təmizlənmə tələb edirdiksə, indi artıq orada sadəcə təmizləmə yox, dezinfeksiya lazımdır. Hətta vəziyyət o həddə çatıb ki, bunlar ÜST-ün nəzarətində bəzi hakimlər qan testindən keçirilməlidir, şübhə var ki, firəng tayfaları ilə qarışıqları olsun. Bu, sərt ifadədir, amma bu gün hakimliyimizin düşdüyü durum da məhz belə sərt münasibət doğurur. Çünki ortada "peşəkar" səriştəsizlikdən çox, futbolun sinirlərini məqsədli şəkildə oyadan bir mənzərə var.

Əgər bunların hamısı sadəcə səhvdirsə, niyə bu qədər ardıcıl və bu qədər kritik məqamlarda baş verir? Əgər səhv deyilsə, o zaman məqsəd nədir? Kənardan baxanda məqsədli xaos yaratmaq niyyəti son dərəcə iyrənc görünür. Uzaq firəng elindən idarə olunan prosesin başında duranlar addım-addım istəklərinə nail olur. Məqsəd ölkədə nüfuzlu adamları bir cəbhədə birləşdirib AFFA-nın yeni idarəçilərinə qarşı çevirməkdir. “Qarabağ”a, “Neftçi”yə, “Turan Tovuz”a edilən haqsızlıqlar sanki bir mesaj verir: birləşin, AFFA-ya qarşı vuruşun. Nüfuzlu iş adamlarının, məmurların, futbol adamlarının narazılığı ilə federasiyanı çökdürmək istəyən bir ağıl işləyir.

Burada sadə məntiq var: AFFA indiki durumda klubları niyə öz üstünə qaldırsın? Heç bir sağlam idarəçilik məntiqi buna cavab vermir. Deməli, bu idarə olunan prosesdir. “Boz bina” mütləq keçmişin zərərli qalıqlarından təmizlənməlidir. Çünki qurumu içindən qurd yeyir, çürüdür. Bunu görmək o qədər də çətin deyil. Daxildə iki-üç cəbhələşmə olduğu hiss olunur. Elə bil “Sonanın uşaqları” “tin uşaqları” ilə vuruşur, əziyyətini isə Azərbaycan futbolu çəkir.

İki-üç həftə əvvəl Əliyarın etdiyi iki səhv qərara deməyə söz tapmır adam. Yunanıstan çempionatının ən kritik, qalmaqallı oyunlarını idarə edən hakim belə səhv etməz. Tutaq ki, etdi. Bu, bir dəfə olur, ikinci dəfə dəvə məsəli olur... Dünənki oyunda da bunu gördük. Doxsan dəqiqə rəvan keçən oyunda təcrübəli hakimin etdiyi “səhv” əslində məhz həmin qəsdin, həmin qərəzin, həmin idarə olunan xaosun növbəti təzahürü kimi göründü. Əgər belə deyildisə, adi ofsayd epizoduna bəzən beş-on dəqiqə baxanlar niyə ən taleyüklü məqamda oyunu dərhal bitirdi? Get, bax epizoda, yenə qərarında qal, sonra fitini çal. Amma sən bunu etmirsənsə, deməli, artıq sadəcə oyunu idarə etmirsən, oyunun içində oyun qurursan.

Belə hakimlik futbolu inkişaf etdirmir, futbolu zəhərləyir. Azarkeşin əsəbini, klubun etibarını, məşqçinin səbrini, futbolçunun əməyini məhv edir. Bu fit bir penaltini vermədi, sabah bir mövsümün taleyini dəyişəcək, o biri gün isə bütöv sistemə qarşı nifrət yaradacaq. Ən təhlükəlisi də budur.

Bu oyundan sonra həmin hakim fitini vicdanından yox, bazar tualetindən asmalıdır. Çünki vicdanla verilən qərar bu deyildi. Vicdanla idarə olunan oyun bu deyildi. Vicdanla yaşayan futbol mühiti də bu deyil. Dünən baş verənlər Azərbaycan futbolunda hakimlik adına qalan nə vardısa, onun da üstündən xətt çəkdi. İndi ya bu sistemi kökündən silkələmək lazımdır, ya da sabah eyni iyrənc mənzərəyə yenə baxmağa hazır olmaq.

Əli Sahib
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

phrase_var_core.lent

06 phrase_var_core.september 2026
02:31

Premyer Liqa: "Mançester Siti"yə 1 qol bəs etdi

02:12

Bundesliqa: "Borussiya Dortmund" 3 xalı 3 qolla qazandı

01:57

La Liqa: "Atletik" darmadağına sevindi

01:44

Liqa 1: "Loryan" səfərdən 3 xalla qayıdır

01:38

A Seriyası: "İnter"dən əzmkar qələbə

05 phrase_var_core.september 2026
23:47

"İrəli getməyə davam edəcəyik" - Yuri Vernidub

23:15

Zaur Həşimov "Neftçi" ilə matçdan sonra nə danışdı?

22:40

Komandası qələbə qazandı, Nəriman isə...

22:26

MPL: "Sabah"dan İngiltərə səfəri öncəsi darmadağın, "Neftçi" evdə coşdu

22:07

"Komandamın göstərdiyi oyundan narazı deyiləm" - Rəşad Sadıqov

21:40

40 milyonluq transfer son anda ləğv olundu

21:12

İngiltərə nəhənglərinin gənc ulduz ovuna rədd cavabı verildi

20:47

"Çelsi" onun üçün hərəkətə keçdi

20:22

"Liverpul"da gözlənilməz ayrılıq

19:51

Luka Modriçdən karyerası ilə bağlı rəsmi qərar

19:22

PSJ-dən transfer bombası

18:44

Şahmatçılarımız 46-cı Ümumdünya Şahmat Olimpiadasına hazırlaşır

18:12

Benzema Premyer Liqa yolunda - SON DURUM

17:29

Sadio Mane "Liverpul"a qayıdır

17:09

“Sabah” klubu “Scorpio Group”la sponsorluq müqaviləsi imzaladı

16:58

Mourinyu "Real Madrid"dəki ilk məğlubiyyətini şərh etdi - "Qələbəyə layiq olmaq xal qazandırmır"

16:23

"Bayern Münhen" "Liverpul"un oyunçusuna göz dikdi

15:46

Arteta: "Vinisius Junioru istədik, ala bilmədik"

15:07

"Sabah" yeni layihəyə start verir - 10 milyon yatırım edildi

14:47

Viktor Osimhen neçə matç olmayacaq?

14:13

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

13:54

PSJ Luis Enrike və 5 oyunçusu ilə bağlı qərar verdi

13:15

Neymar uzun müddətə sıradan çıxdı

12:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

12:20

UEFA Genduzi ilə Qrinvudun cəzalarını açıqladı

11:52

AÇ: Azərbaycanın 4 cüdoçusu yarışa qoşulur

10:46

Dünya Qadın Seriyası: "Neftçi SOCAR" mövsüm finalında mübarizəyə başlayır

10:08

"Sabahın Ulduzları": "Zirə" də uduzdu, "Sumqayıt" da - Fotolar

09:33

MPL: Masazırda son çempionla hazırki lider qarşılaşır, "Neftçi" debütantla üz-üzə

09:00

"Sabah"ın ÇL-də ev oyunlarını keçirəcəyi arena rəsmən açıqlandı

02:21

"Qalatasaray" azarkeşlərinə pis xəbər

04 phrase_var_core.september 2026
23:42

Azər Məmmədov "Şamaxı" ilə matçdan sonra nə danışdı?

23:13

Azər Bağırov "Kəpəz" üzərində qələbəni belə şərh etdi

22:46

"Səbail" və MOİK hələ hazır deyil" - Röyal Nəcəfov ilk turu dəyərləndirdi

22:33

"Ürəyi “Qəbələ” ilə döyünən hər kəsi təbrik edirəm" - Amil Ağacanov

phrase_var_core.fb
X