23:05 13.03.2025 519

"Komandamızın gələcəyi çox parlaqdır" - Toğrul Əsgərov

U23 Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə Azərbaycan millisi bu gün vətənə dönüb.

Fanat.Az xəbər verir ki, medalların əyarına görə öz rekordunu yeniləyən yığma komandanın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Toğrul Əsgərov, baş məşqçi əvəzi:

“Komandamız yeniyetmə və gənclərdən qurulub. Əlimizdən gələni edirik ki, bu güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlayıb, medal qazanaq. Komandamızın gələcəyi çox parlaqdır. Federasiyanın dəstəyilə maksimum gücümüzü ortaya qoyuruq. Günayın 17 yaşı var. Hələ U20 yaş qrupunda Avropa və dünya çempionatında iştirak etməyib. 3 il bu yaş qrupunda güləşə bilər. 6 il ərzində isə U23 yaş qrupunda iştirak etmək şansı var. Qurbanova indidən öz potensialını göstərib uğur qazandı. İdmançılarımızı tələsdirmək istəmirik. Vaxtından tez böyüklər arasına çıxarmağı düşünmürük. Vaxtı çatanda idmançılarımızı sınaqdan keçirəcəyik”.

Günay Qurbanova, Avropa çempionu:

“Yarış güclü, həyəcanlı və çox gərgin keçdi. Amma buna baxmayaraq, özümdə güc toplayıb, qalib gələ bildim. Çox sevinirəm. Hər bir idmançıya çempionluq hissini arzulayıram. Yarışa ancaq qızıl medalı almaq üçün hazırlaşırdım. Məşqlərdə də əlimdən gələni edirdim ki, sonda sevinən tərəf mən olum. Finaldakı rəqibim titullu idi. Ancaq inanırdım ki, qalib gələcəyəm. Toğrul müəllim mənə inam bəxş etdi, “ən güclü sənsən” dedi. Finala çıxdım və qələbə qazandım”.

Elnurə Məmmədova, Avropa çempionu:

“Çempion olduğum üçün çox sevinirəm. Federasiya rəhbərliyinə və məşqçilər heyətinə dəstəklərinə görə minnətdaram. Buna qədər 2 dəfə U23 Avropa çempionatında finala yüksəlmişdim. Ancaq qızıl medal qazana bilməmişdim. Bu yaş qrupunda sonuncu ilimdə Avropa çempionu oldum. Məşqçilərlə məsləhətləşəcəyik. Böyüklərin Avropa çempionatında iştirak etsəm, bayrağımızı bir daha dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm”.

Əsmər Cankurtaran, Avropa üçüncüsü:

“Yarış çox həyəcanlı və gərgin keçdi. Çünki Avropa çempionatında zəif rəqiblər olmur. Hamı qələbə qazanmaq uğrunda güləşir. Bu mənim 3-cü bürünc medalımdır. Ən çətini demək olar ki, bu idi. Müəllimim mənə “bürünc qız” deyir. Amma bir gün bu bürüncü qızıla çevirəcəyimə inanıram. Yarımfinal görüşünün ilk dəqiqələrində çiynimdən ciddi zədə aldım. Hətta qolumu belə qaldıra bilmirdim. Amma növbəti gün ağrı olsa da, görüşə köklənib, medal qazana bildim. Bunun üçün komandanın məşqçiləri Toğrul Əsgərov, Ağahüseyn Mustafayev və Solmaz Adilovaya çox sağ ol deyirəm. Uğurlarım hələ qarşıdadır”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

17 Sentyabr 2026
02:08

La Liqa: "Barselona" 9 qollu matçdan qalib ayrıldı

01:49

Avropada bunu yalnız Rafinya bacardı

01:17

AL: Ermənistan təmsilçisi doğma meydanda darmadağın edildi

16 Sentyabr 2026
23:58

Premyer Liqa tarixində onun kimisi olmamışdı

23:03

Elvin Camalov "Qəbələ"də - RƏSMİ

22:41

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

22:12

"Mançester Yunayted" Endriki icarəyə götürmək istəyir

21:53

Eden Azarın qırmızı vərəqə almasına səbəb olan topdaşıyan uşaq 300 milyonluq sərvət qazandı

21:14

"Barselona"nın yeni hücumçu siyahısında 3 böyük ad

20:48

BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

20:09

"Murov Az Terminal" heyətini gücləndirdi

19:44

İdman gimnastikası üzrə Azərbaycan çempionatı keçiriləcək

19:11

"Sumqayıt" klubunda iclas keçirildi

18:30

I Liqa: "Karvan-Yevlax" darmadağına sevindi

18:03

Ölkə çempionunda iranlı müdafiəçi - RƏSMİ

17:41

"Neftçi" 1000-ci matçına çıxacaq

17:22

"Şəfa"nın hansı futbolçularının "Qarabağ"a qarşı oynamayacağı bilindi

17:03

"Araz-Naxçıvcan" "Neftçi"nin braziliyalısı ilə anlaşdı

16:45

Emin Zamanov "Xankəndi" ilə oyun barədə nə danışdı?

16:27

"Startdan razı deyiləm" - Yaşar Seyidov

16:08

"Yüksəlişə nail olacağımıza əminəm" - Ronaldo "Kəpəz"lə səfər matçından 3 xal gözləyir

15:50

Balde "Barselona"dan ayrılır

15:31

"Çelsi" Fabian Ruisi istəyir

15:13

Vernidub bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

14:54

Mourinyu: "Ardanın oyun keyfiyyəti inanılmazdır"

14:35

Azərbaycan millisi Moldovaya məğlub oldu

14:16

"Rəşad Sadıqovun "Zirə"si zirvəyə oynamağa potensialı olan komandadır" - Vaqif Sadıqov

13:57

"Qəbələ" yeni baş məşqçiyə "təmiz" təhvil verildi

13:38

İtaliya çempionu Yaxın Şərqə üz tutdu

13:19

Gənc futbolçu "Mançetser Yunayted"dən ayrılmaq istəyir

12:59

"Qəbələ" makedoniyalı baş məşqçi ilə anlaşdı - RƏSMİ

12:41

"Barselona"dan superulduz "ov"u: İkisini birdən gözaltı etdi

12:22

Rəhim Həsənov "Turan Tovuz"un narazı qaldığı hakim qərarlarını şərh etdi - VİDEO

12:03

"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət aldı

11:44

Yamal: "Əsas rəqibim Mbappedir"

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:06

1-ci Liqa: "Karvan-Yevlax" ilə "Zaqatala" liderlik matçına çıxır

10:47

Xames Rodriges karyerasını bitirdi

10:28

Messi vida matçına çıxacaq

10:07

Mehrac Baxşalı: "Bu oyunda da 3 xal qazanmaq istəyirik"

Facebookdan bizi izləməyi unutmayın.
X