12:10 01.07.2025 1439

“İmişli”nin ilk “peşəkar" addımı

Premyer Liqada bölgə təmsilçilərinin sayı artdıqca futbolumuz adına sevinməmək olmur. İllərdir idman mətbuatının, futbol adamlarının məsləhəti, mübarizəsi nəhayət ki, öz nəticəsini verir. 

Bölgədə futbol azarkeşlərin yenidən meydanlara qayıtmasıdır, uşaq futbolunun inkişafıdır, Bakı çempionatının bitməsidir və s...

Lakin ölkədə futbolun coğrafiyası böyüdükcə işbazların da bazarı genişlənir. Piştaxtalarını “Futbol AVM"-nin (alış-veriş mərkəzi - red.) girəcəyində quran “tacirlər”, daxil olan ilk müştəriləri aldatmağa, keyfiyyətsiz mallarını sırımağa çalışırlar. Müştəri də təcrübəsizdirsə, vay halına.

Çox uzatmayacam... Yuxarıda müştəri qismində obrazlı təqdim etməyə çalışdığım “İmişli” klubu və onun idarəçiləridir. Deyəsən, bölgə təmsilçisinə ilk addımda badalaq vurmağı bacarıblar. Yaxınlarda portuqaliyalı baş məşqçi Jorje Kaşkilya ilə anlaşan aran təmsilçisi hər kəsi təəccübləndirməyi bacardı. Azərbaycanda “İmişli”nin “yükünü” çəkə biləcək kifayət qədər məşqçilər var. Niyə əcnəbi? Suallar çoxdur. Məsələn, yerli mütəxəssis çox pul istəyib? Nə qədər? On min, on beş min? Jorje Kaşkilya bu qiymətdən aşağı məvacibə gəlibsə, yenə vay “İmişli”nin halına. O boyda Avropada 5-10 minə iş tapa bilməyən məşqçi kimə lazımdır?  
Və yaxud klub idarəçiləri dövlətin ayırdığı 2,5–3 milyonu ilk addımda niyə əcnəbiyə xərcləməyə, ölkədən kənara çıxarmağa çalışır?  

Görmüşük ki, körpə dil açanda “ata”, “ana” deyər. İlk addımını ona əziz olanlar, qayğı göstərənlər tərəfə atar. “İmişli”nin ilk sözü “hello, Kaşkilya”, addımı isə Portuqaliya tərəfə oldu. Yaxşı, bəs aran təmsilçisini “bismillah” etməmiş kim aldadır?

Hə, əsas sual budur. 

Məlumat var ki, “İmişli”yə menecerliyi, hazırda Premyer Liqanın digər iştirakçısının prezidenti edir. "Hər gün qulaq bir söz eşitməsə, kar olar" deyiblər. Nə məlum ki, sabah məşqçi həmin menecerinə borcunu meydanda ödəməyəcək? Yəqin AFFA rəhbərliyi də gəzən söz-söhbətdən xəbərdardır. Bu bazarı azara çevirmədən qarşısını almaq ali futbol qurumumuzun borcudur! Vəssalam!

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

10:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:45

Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

09:23

ÇL: "Sabah" Finlandiya çempionu ilə qarşılaşır

09:00

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

03:37

"Neftçi" - "Dinamo" oyununa neçə bilet satıldığı açıqlandı

03:10

"Qarabağ"ın rəqibi bərabərliklə başladı

20 İyul 2026
23:58

"Qarabağ" və "Turan Tovuz"un işi çətinləşdi

23:29

Portuqaliya nəhəngindən İngiltərə klubuna 50 milyonluq şərt

23:17

"Liverpul"dan müdafiəyə sürpriz həmlə

22:39

Premyer Liqada 10 milyonluq transfer

22:15

"Braqa"nın hücumçusunu rənglərinə bağladılar

21:54

Spens "Tottenhem"dən ayrılır: Hədəfi "İnter"dir

21:20

"Mançester Yunayted"in ulduzu karyerasını harada davam etdirəcək?

20:51

50 milyonluq hücumçu yarışı

20:06

“Sabahın Ulduzları” layihəsi çərçivəsində imza mərasimi keçirildi

19:31

"Şamaxı" və "Kəpəz"dən quru sülh

19:09

"Çelsi" və "Mançester Yunayted" Niko Uilyams üçün dövrədədir

18:44

Emre Mor bu klubla anlaşdı

18:03

"Qarabağ" yalnız özünün üstələyə bildiyi bolqarlara qarşı - STATİSTİKA

17:40

Serbiyalı vinger Azərbaycan yolunda - Danışıqlar başladı

17:22

"Şəfa"dan daha bir transfer - RƏSMİ

17:03

"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

16:44

"Zirə"nin də potensial rəqibləri müəyyənləşdi

16:29

Rojeriu Santuş: "Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik"

16:16

"Neftçi" tanınmış Portuqaliya komandasına rəqib ola bilər

Facebookdan bizi izləməyi unutmayın.
X