
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya seçməsinə qarşı keçirəcəyi matçın yeri və başlama saatı bəlli olub.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun I turunda baş tutacaq qarşılaşma sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 22:30-da səsləndiriləcək.
Xatırladaq ki, təmsilçimiz sentyabrın 9-da "Dalğa Arena"da Bolqarıstan millisini qəbul edəcək.