
Futzal üzrə Azərbaycan millisinin sabiq oyunçuları Xətai Bağırov ilə İsa Atayev yeni transfer olduqları Belçika klubunun heyətində turnirdə iştirak ediblər.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, həmyerlilərimiz "Gantoise"nin heyətində 4 komandanın qatıldığı yarışın qalibi olublar.
İlk oyununu Niderland təmsilçisi "Groene ster Vlissingen"ə qarşı keçirən futzalçılarımızın komandası matçdan 2:1 qalib ayrılıblar. Növbəti iki oyun yerli "Kızıl Gent" və "Galaxy Aalst"a qarşı olub ki, "Gantoise" hər iki rəqibini yenərək qrupda lider olublar - müvafiq olaraq 5:1 və 5:0. Reqlamentə görə, qrupdakı digər 2 görüşdən qalib ayrılan Niderland təmsilçisi ilə sonda final oyunu keçirilib. Xətai ilə İsanın komandası həlledici görüşdə 3:2 üstün olublar. Bağırov turnir ərzində 2, Atayev isə 1 qolla yadda qalıblar.
Qeyd edək ki, həmyerlilərimiz ötən həftə Gantoise" ilə 1 illik müqavilə imzalayıblar.
Mirağa