05:01 06.11.2025 956

Dözümlü, dişli, təcrübəli CANAVAR - "Qarabağ"!

Saat 4-də oyandım... Su içməmiş "Çelsi"ni yaxasından tutub silkələməyimiz ilk xatırladığım şey oldu. Əlbəttə, yuxu deyil, "Qarabağ" 2:2 hesablı heç-heçəyə nail olub. "Zadəganlar" hardasa, belə müqavimətə hazır deyildilər. Qurban Qurbanov taktikada belə desəm, sürüdü həmkarını. Məncə, bilirdi ki, müdafiənin mərkəzində basqıya salacaqları zəiffason bir bənd var. O nə yüklənmə idi mərkəz müdafiəçisinə... Xocaya 10 üzərindən 10 düşür. Hə, yəqin ki, Mareska bizdən 3-cü zonada bu şəkilə pressinq gözləmirdi. Heç ara-sıra top gəzdirib 5-6 pasla sıxacağımızı da. "Köhlənlər"in çalışdırıcısı nəinki bu süprizi etdi, həm də bir müdafiəçiyə - Hatoya əla yüklənib boşluğu inanılmaz dəyərləndirdik. Həmin futbolçunu bir epizodda Kamilo Duran "baqqala göndərdi", Andrade qol vurdu. O biri epizodda da əllə oynayaraq Yankoviçə penaltini ustalıqla yerinə yetirmək imkanı verdi.

Başda Leandro olmaqla (mənimki bu dəli vingerdi), hamısı canavardı. Dözümlü, dişli, təcrübəli canavar. O canavar ki, özündən 40 dəfə böyük bizonların buynuzunu qıra, canından tikə qopara bilir. Dəyərli maestro - Marko Yankoviç, buraxılan ilk qolda yaxın küncü bağlamayan Koxalski, Elvin Cəfərquliyev, Nəriman, Bəhlul, Medina, Silva, Toral, Zubir, Kadi, Addai (adamı çox əsəbləşdirsə də), Kaşuk (ehtiyat qüvvə kimi basqılıdı) və digərləri azərbaycanlılar üçün əfsanə, digərləri üçün ÇL-də şou göstərən "Qarabağ"ın tanınan oyunçularıdı. Bir də hiss etdim ki, yarım saatdı dalmışam. Qollara yenidən 2 dəfə baxıb postu yazdım. Çimdiyə ehtiyac yoxdu. 7 xal da reallıqdı, 2:2 də. Sabahın xeyir, Avropa futbolu, oyan, bizdən danış. "The Times" başlıq qoysun, "Four Four TWO" incələsin... Biz də erkən oyanaq, təmsilçimizin haqq etdiyi cümlələri oxuyaq... Birimiz gürcü dostlarımızdan təbrik eşidib qürurlanaq, o birimiz türkiyəli qardaşlardan. Ruslar da "nu koneçno je "Karabax" molodets. Prosto krasavçiki" desinlər. Həzz almağa davam. Bu bir ÇL macərasıdır.

Nihat Ağasoy

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyun 2026
20:52

"Çelsi" müdafiə xəttini gücləndirir

20:21

Roberto De Zerbi "Liverpul"un ulduzunu istəyir

19:57

Xulian Alvares "Arsenal"ı rədd etdi

19:12

Futbolçular TFF prezidentinin villalarını rədd etdi

18:55

Qattuzonun yeni iş yeri rəsmən açıqlandı

18:12

"Barselona"nın vingeri digər Avropa nəhənginə keçə bilər

17:45

DÇ-2026-da dubl edən forvard Fransa klubunda qalmaq istəmir

17:26

Tramp final oyununa qədər yalnız bu halda DÇ matçını tribunadan izləyə bilər

17:15

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:04

Doku Belçika millisindən təcili ayrılıb Londona uçdu - SƏBƏB

16:45

"Zirə" yeni transfer reallaşdırdı - RƏSMİ

16:26

"Bu, Messidir və o..." - Ralf Ranqnikdən yenilgi şərhi

16:08

Eltun Yaqublu "Zirə"yə qayıtdı - RƏSMİ

15:50

Riyad Mahrez DÇ-lərin tarixinə düşdü

15:27

"Kəpəz" Azər Məmmədova tapşırıldı - RƏSMİ

15:13

"Səbail"in məşqçisi Premyer Liqa klubu ilə anlaşdı

14:55

"Araz-Naxçıvan" "Real"ın yetirməsini transfer etdi - RƏSMİ

14:40

Seneqalla oyunda dubla imza atdı, matçın ən yaxşı futbolçusu seçildi

14:21

"Turan Tovuz" milli üzvü ilə vidalaşdı - RƏSMİ

14:03

"Təcrübəsizlik bu məğlubiyyəti şərtləndirən əsas amil oldu" - Camal Sellami

13:44

"Qarabağ"dan Avropaya növbəti böyük transfer: 2,2 milyon avro

13:24

Qrasias, Messi

13:06

İordaniya - Əlcəzair duelinin ən yaxşı futbolçusu bəlli oldu

12:48

"Oyunçularımız hələ heç nəyin bitmədiyinin fərqindədirlər" - Seneqal yığmasının çalışdırıcısı

12:30

Kloze Messinin onun rekordunu qırmasına necə reaksiya verdi? - Açıqlama

12:06

"6-7 oyunçumuzun ayağında qıcolma yaranmışdı" - Norveç millisinin baş məşqçisi

11:27

"Top Messidə olanda, bütün komanda işə düşür" - Skaloni

11:08

Mbappe yenə dubl etdi, mukafat aldı

10:50

Zidanın oğlu psixoloqa üz tutdu

10:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

10:09

DÇ-2026: Portuqaliya Özbəkistanı sınağa çəkir, İngiltərə Qana ilə üz-üzə

09:48

Deşam bu oyunu Fransa üçün həlledici adlandırdı

09:25

Messidən DÇ-dəki möhtəşəm rekordla bağlı təvazökar paylaşım

09:00

DÇ-2026: Mbappe ilə Holandın dublu komandalarına qələbə qazandırdı, Əlcəzair geridönüşü bacardı

03:11

İlham Yadullayevlə bağlı yekun qərar bilindi

01:32

Arda Mourinyunun gözünə girmək üçün nə edəcək?

00:42

İstanbul nəhəngi 71 milyonluq transferin astanasında

22 İyun 2026
23:49

Messidən unudulmaz vida matçı

23:01

DÇ-2026: Messinin dublu Argentina millisini növbəti mərhələyə çıxardı

22:36

Mundialda ekstremal hava təhlükəsi

Facebookdan bizi izləməyi unutmayın.
X