
Misli Premyer Liqasının 13-cü turunda "Şamaxı"nın qonağı olacaq "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı bəllidir.
Bu barədə Fanat.Az-a "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev məlumat verib:
"Uzun müddətə sıradan çıxdığı öncədən bəlli olan müdafiəçi Ayxan Süleymanlını nəzərə almasaq, zədə səbəbindən hansısa futbolçu "Şamaxı" ilə oyunu kənardan izləməyəcək. Öncəki turda "Qarabağ"a qarşı matçda qırmızı vərəqə alan Rayan Senhaci bir oyunluq diskvalifikasiya edildiyi üçün cəzalı durumdadır".
Qeyd edək ki, "Şamaxı" - "Sumqayıt" qarşılaşması noyabrın 30-da baş tutacaq. Matçın start fiti 14:00-da səsləndiriləcək.
Nihat