
Misli Premyer Liqasının 13-cü turunda evdə "Sumqayıt"a uduzan (1:2) "Şamaxı"nın məşqçisi Elnur Çodarov mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Gərgin oyun alındı. İkinci hissənin sonları bizim üçün uğurlu alınmadı. Rəqibi təbrik edirəm. Konsentrasiya çatmadı.
İnsident necə başladı? Qoldan sonra rəqib komandanın baş məşqçisi Ayxan müəllimə tərəf aqressiv jestlər etdi. Buna görə oldu".
Nihat