
2-ci Liqanın 11-ci turu çərçivəsində bu gün öz meydanında "Dinamo"nu 4:1 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" xallarının sayını 30-a çatdırdı və ən azı 1 günlük şəriksiz lider mövqeyinə yüksəldi.
Qəsəbə təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov oyundan sonra fikirlərini Fanat.Az-a bölüşdü:
"Bizim üçün ağır oyun oldu. Bu ağırlığı əsasə özümüz yaratdıq. Çox qol vurmaq istəyirdik ki, top fərqini yaxşılaşdıraq. İlk hissədə 3 top vurduq, lakin ikinci yarıda futbolçularımın tələskənliyi bəzi epizodlarda fərqlənməyimizə mane oldu. Rəqibin qapıçısını da xüsusi qeyd etmək istərdim, yaxşı qurtarışlar etdi, bir neçə dəfə yüzfaizli qollarımızın qarşısını aldı. Yaxşı çıxışına görə onu da təbrik edirəm, öz komandamızı da. Bizə ən çox lazım olan 3 xal idi. Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Hesabdan asılı olmayaraq, qələbə qazanırıqsa, bu bizi qane edir".
Nihat