
"Qarabağ"ın növbəti oyununa neçə itki ilə çıxacağı bəlli olub.
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "Karvan-Yevlax"ı qəbul edəcək Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 3 futbolçunun xidmətindən faydalana bilməyəcək. Bu barədə Fanat.Az-a "köhlənlər"in sözçüsü Anar Hacıyev məlumat verib:
"Cəzalı futbolçu olmasa da, məşqçi Müşfiq Hüseynov son finalda qırmızı vərəqə gördüyü üçün texniki zonada yer almatacaq. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçi Kadi və müdafiəçi Abbas Hüseynov isə zədə səbəbindən oynamayacaqlar".
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" qarşılaşması 19:00-da başlayacaq.
Nihat