14:05 04.02.2026 1486

"Qarabağ" hamı üçün, hərə isə özü üçün

Azərbaycan futbolunda ilklərə imza atmağa davam edən "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Əlbəttə, Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində 10 xal toplaması yerli futbol ictimaiyyətinin mümkünsüz hesab etdiyi uğurun reallaşması anlamındadır. Razılaşaq ki, ÇL-in püşkatmasından sonra Qurban Qurbanovun komandasının "Benfika", "Kopenhagen", Bilbao "Atletik"i, "Çelsi", "Napoli", "Ayntraxt" və "Liverpul" kimi rəqiblərlə duellərdən sonra pley-offda olacağına yalnız ən nikbin fanat inanardı. Həmin mətbuata açıqlamalar verən, proqnozlar səsləndirən mütəxəssislər də təmsilçimizin layiqli mübarizə aparmaq şansını vurğulayır, "köhlənlər"in real potensialının xəyalları reallaşdırmağa bəs edəcəyindən danışmağa cəsarət etmirdilər. Lakin illərdir boyundan yuxarı tullanmaq bacarığı ilə tanınan, futbolda doğru yanaşmanın, oturuşmuş sistemin effektini dəfələrlə ortaya qoyan, hamımızın futbol təfəkkürünü dəyişən Azərbaycan çempionu daha bir tarix yazdı. Bunun ölkə idmanının beynəlxalq nüfuzu adına hansı sambalda uğur olduğunu yenidən incələməyə çalışmağa belə, dəyməz. Bəli, "Qarabağ" artıq pley-offda, yəni turnirin 1/16 final mərhələsindədir və təmsilçimizi "Nyukasl"la iki ağır duel gözləyir.

Onlar hara, biz hara...

Bəlli məsələdir ki, yüksək səviyyəli çempionatları ilə ad çıxarmış ölkələrdə komandaların üçgündənbir oyunlara çıxması adi haldır. Tutaq ki, dünyanın sayılıb-seçilən ulduzlarının top qovduğu İngiltərə Premyer Liqasında (İPL) istirahət günü "Mançester Siti" ilə qarşılaşan "Nyukasl" 3 gün sonra Parisdə PSJ ilə ÇL matçına çıxır, ardından şənbə günü öz meydanında "Brentford"u qəbul edir. Təbii, bazar dəyərləri 20, 30, 50, 80 milyon avro ilə dəyərləndirilən peşəkarlar maşın kimi işləyə bildikləri üçün İPL klubunun formasını geyinirlər. Orada şikayətə, göz yaşlarına baxan yoxdur. Özünü bir qədər boş buraxdınsa, turnir cədvəlinin "zirzəmi"sinə göndəriləcək və hədəflərindən uzaq düşəcəksən. Bu, bir futbol təkamülünün formalaşdırdığı gerçəklikdir. "Qarabağ"ın oynadığı Azərbaycan Premyer Liqasını şübhəsiz, İPL ilə müqayisə etmək gülünc cəhd olar. Ağdam təmsilçisinin fərdi inkişaf yolundakı əsas maneələrdən biri də yerli birincilikdəki rəqiblərinin bəlli səviyyəni keçə bilməmələridir. Azərbaycandakı komandaların ümumi fiziki, taktiki hazırlığının Avropa standartlarına cavab verməməsi əlavə problemlərə yol açır. Hə, sırf bu məqam üzərində dayanmaq, ətraflı təhlillər aparmaq ayrıca yazı mövzusudur.

"Qarabağ" üçün qorxunc qrafik

Ağdam təmsilçisi "Nyukasl"la ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, 00:00-da start götürəcək. Görüş "St James Park" stadionunda gerçəkləşəcək. Cütün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. 

Fevralın 14-də Qubada "İmişli" ilə 20-ci tur çərçivəsində münasibətlərinə aydınlıq gətirəcək "köhlənlər" qısa intervalla mərkəzi arenada "Nyukas"la qarşılaşmalı, cəmi 3 gün sonra "Palms Sport Arena"da "Neftçi" ilə prinsipial görüşdə tər tökməli və İngiltərəyə yollanmalıdırlar. "Sağsağanlar"la səfər duelinin ağırlığını atmağa isə cəmi 4 gün vaxt qalacaq. Qurbanov yetirmələrini martın 1-də MPL-in lideri "Sabah"la matça çıxarmalıdır. "Qarabağ"ın fevraldakı matçlarının qrafiki belədir:


5 fevral 
"Şamaxı" - "Qarabağ"
Azərbaycan Kuboku, 1/4 final mərhələsi (ilk oyun)

10 fevral
"Şamaxı" - "Qarabağ"
MPL, 19-cu tur

14 fevral
"İmişli" - "Qarabağ"
MPL, 20-ci tur

18 fevral
"Qarabağ" - "Nyukasl"
ÇL, pley-off mərhələsi (ilk oyun)

21 fevral
"Neftçi" - "Qarabağ"
MPL, 21-ci tur

24 fevral 
"Nyukasl" - "Qarabağ"
ÇL, pley-off mərhələsi (cavab oyunu)


"Yox" demək "Neftçi"nin haqqıdır, amma...

"Ağ-göylər" "Neftçi" ilə oyunun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət ediblər, lakin qurum Bakı klubunun buna razı olmadığını əsas gətirərək ağdamlıların xahişini yerə salıb. Sırf peşəkarlıq prizmasından yanaşsaq, "yox" demək "Neftçi"nin haqqıdır. Görünən budur ki, "ağ-qaralar" vəziyyətdən istifadə edərək azarkeşlərini "Qarabağ" üzərində qələbə ilə sevindirmək istəyirlər. Azərbaycan futbolunun ümumi uğurunu ön plana çıxarmadığı və şəxsi mənfəətini düşündüyü üçün "Neftçi"ni qınamaq da olmaz. Futbolda rəqiblərin çətin anlarda bir-birinə badalaq vurması anlaşılan mənzərədir. Paytaxt klubunun imtinasının Ağdam təmsilçisinə ciddi problem yaradacağı, güclü "Nyukasl"la matçlara daha yaxşı hazırlaşmasına mane olacağı isə dəqiqdir. 

Pul qazanım, xərcləyin

"Qarabağ"ın ÇL-dəki qəhrəmanlığı digər MPL klublarının da büdcələrini zənginləşdirməsi ilə nəticələnib. Martda təmsilçilərimizin hər birinin hesabına məhz Qurbanovun və yetirmələrinin qəhrəmanlığına görə UEFA tərəfindən təxminən milyon yarım manat vəsait köçürüləcək. Oyunun təxirə salınmasını istəməyən "Neftçi" də, hazırda lider mövqeyində qərarlaşan "Sabah" da, futbolçularının maaşlarını gecikdirə-gecikdirə ödəyən hədəfsizlər də böyük məbləğdə pul qazanacaqlar. Nuş olsun!

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
03:37

"Neftçi" - "Dinamo" oyununa neçə bilet satıldığı açıqlandı

03:10

"Qarabağ"ın rəqibi bərabərliklə başladı

20 İyul 2026
23:58

"Qarabağ" və "Turan Tovuz"un işi çətinləşdi

23:29

Portuqaliya nəhəngindən İngiltərə klubuna 50 milyonluq şərt

23:17

"Liverpul"dan müdafiəyə sürpriz həmlə

22:39

Premyer Liqada 10 milyonluq transfer

22:15

"Braqa"nın hücumçusunu rənglərinə bağladılar

21:54

Spens "Tottenhem"dən ayrılır: Hədəfi "İnter"dir

21:20

"Mançester Yunayted"in ulduzu karyerasını harada davam etdirəcək?

20:51

50 milyonluq hücumçu yarışı

20:06

“Sabahın Ulduzları” layihəsi çərçivəsində imza mərasimi keçirildi

19:31

"Şamaxı" və "Kəpəz"dən quru sülh

19:09

"Çelsi" və "Mançester Yunayted" Niko Uilyams üçün dövrədədir

18:44

Emre Mor bu klubla anlaşdı

18:03

"Qarabağ" yalnız özünün üstələyə bildiyi bolqarlara qarşı - STATİSTİKA

17:40

Serbiyalı vinger Azərbaycan yolunda - Danışıqlar başladı

17:22

"Şəfa"dan daha bir transfer - RƏSMİ

17:03

"Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq

16:44

"Zirə"nin də potensial rəqibləri müəyyənləşdi

16:29

Rojeriu Santuş: "Ev oyunlarımıza Gəncədə çıxmağı səbirsizliklə gözləyirik"

16:16

"Neftçi" tanınmış Portuqaliya komandasına rəqib ola bilər

15:52

"İmişli"də məşqçi təyinatı olub

15:34

"Şəfa"ya autsayder gözü ilə baxa bilərlər, amma..." - Tərlan Quliyev

15:16

"Sabah" Finlandiya təmsilçiləri ilə duellərdə balansı dəyişməlidir - STATİSTİKA

14:58

İsveçrə təmsilçisindən ayrılan hücumçu Azərbaycan klubu ilə müqavilə bağladı

14:40

"Zirə" yeni transferini açıqladı

14:31

AL: "Qarabağ" 3-cü mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq - Dəqiqləşdi

14:15

"Sabah" "KuPS" səddini keçə bilsə...

13:59

PFL prezidenti postuna seçkinin tarixi və məkanı bilindi

13:40

"Bavariya" səfər formasını təqdim edib

13:21

Debütantdan daha 2 transfer - "21-lik" bəlli oldu

13:03

Bakıda Avropa Cüdo Ümidləri Turniri baş tutacaq

12:45

Tramp Luis de la Fuentəyə baş məşqçilik təklifi etdi

12:36

MOİK başladı - Hazırlıq planları açıqlandı

12:17

Avarçəkənlərimiz Avropa çempionatına qatılacaqlar

11:59

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:40

Malkom karyerasını burada davam etdirəcək

11:29

Azərbaycan üzgüçüləri Kutaisidə 33 medal qazanıblar

11:10

KL: "Neftçi" ilə "Zirə"nin növbəti rəqibləri kim olacaq?

10:48

Luis de la Fuente 2030-cu ildə də İspaniyanın baş məşqçisi olacaq?

Facebookdan bizi izləməyi unutmayın.
X