
Azərbaycan Basketbol Liqasında XVII tur davam edir.
Fanat.Az xəbər verir ki, bu gün turun daha iki oyunu baş tutacaq.
Günün ilk matçı A qrupu çərçivəsində Gəncədə keçiriləcək. "Gəncə" doğma meydanda "Abşeron Lions"u qəbul edəcək. Qarşılaşma şəhər Olimpiya İdman Kompleksində baş tutacaq və saat 17:00-da start götürəcək.
Digər matçda isə B qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Hazırda turnir cədvəlinin lideri olan "Ordu" "Quba" kollektivini sınağa çəkəcək. Saat 19:00-da başlayacaq oyun Bakı İdman Sarayında təşkil olunacaq.
Turun əvvəlki görüşlərində "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.
Qeyd edək ki, XVII tura fevralın 14-də yekun vurulacaq.
ABL
17-ci tur
13 fevral
17:00. Gəncə - Abşeron Lions
Gəncə. Olimpiya İdman Kompleksi.
19:00. Ordu – Quba
Bakı. İdman Sarayı.
Turun qalan oyunlarının təqvimi belədir:
14 fevral
14:00 Şəki – Neftçi
Şəki. Olimpiya İdman Kompleksi.
18:00 NTD – Sabah
Bakı. İdman Sarayı.
A qrupu
1. Sabah 16 15 1 +388 31
2. Abşeron Lions 16 14 2 +133 30
3. Gəncə 16 8 8 -19 24
4. Neftçi 16 7 9 +13 23
5. Şəki 16 2 14 -244 18
6. NTD 16 2 14 -271 18
B qrupu
1. Ordu 16 15 1 +289 31
2. Naxçıvan 17 13 4 +99 30
3. Sərhədçi 17 6 11 -75 23
4. Sumqayıt 17 6 11 -106 23
5. Quba 16 6 6 -12 22
6. Lənkəran 17 4 13 -171 21