
2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanmış İran millisi ABŞ ilə münaqişə səbəbindən yarışdan çıxa bilər.
Fanat.Az xəbər verir ki, bu barədə İran televiziyası yerli futbol federasiyasının rəhbəri Mehdi Taca istinadən məlumat yayıb.
Dövlət kanalına danışan Tac belə deyib: "Bu gün baş verənləri, ABŞ-ın hücumunu nəzərə alsaq, dünya çempionatını səbirsizliklə gözləmək mümkün deyil. Hər halda, bu məsələ ilə bağlı son qərarı idman liderləri verməlidir".
Püşkatmaya əsasən, İran ABŞ-də təşkil olunacaq qrup mərhələsinin üç oyununu Yeni Zelandiya, Belçika və Misirə qarşı keçirəcək. İranın 1/8 finalda ABŞ ilə oynaması ehtimalı da var ki, bu da FİFA üçün əlavə problemlər yarada bilər.
Qeyd edək ki, İran çempionatı növbəti xəbərdarlığa qədər dayandırılıb. Bir çox əcnəbi oyunçu artıq ölkəni tərk edib və ya getməyə cəhd edir.